Dövlətdən əli üzülən vətəndaş Şəbnəm Tovuzludan KÖMƏK İSTƏDİ: Tovuz rayon icra başçsı nə işlə məşğuldur?

06.11.2021 - 14:46

“Mən Tovuzun Dondar Quşçu kəndində yaşayıram. Problemlərim, yaşadığım çətinliklər və şəraitsizlik məni çox sıxır. Torpağın üstündən tikilən bir otaqlı evdə məskunlaşmışam. Yetim oğlanam, atam dünyasını dəyişib, anam da özünə ikinci dəfə ailə həyatı qurub gedib. İki oğlum, bir qız övladım var. Balaca oğlum 4 aylıqdır. Nə bir ünvanlı sosial yardım alıram, nə də övladlarıma ürəyim istəyən həyatı yaşada bilirəm. Yaşadığım ev qışda soyuq, yayda isti olur. Hamamım yoxdur, evin içində, uşaqların gözünün qabağında çimirəm. Qızım artıq 3-cü sinfə gedir. Evin tavanı 15 il öncəkidir, artıq o da sıradan çıxıb, yağan yağış, qar evin içindədir. Bütün elektrik sistemləri üzdədir, bu da uşaqlar üçün çox təhlükəlidir. Bu gün, sabah evim də uçacaq, çünki torpaqdan tikilib, daşdan yox. Bütün günü təhlükəli vəziyyətlə üz-üzə qalırıq, özüm üçün yox, uşaqlar üçün qorxuram. Bir yerə gedəndə fikrim evdə qalır ki, ev uçar, ailəm qalar altında”

Bunu açıqlamasında Tovuzun Dondar Quşçu kənd sakini Ramil İsayev bildirib. Çarəsiz qalan ata Moderator.az vasitəsilə imkanlı şəxslərdən, aidiyyatı qurumlardan kömək istəyib.
“Həm oğlumun, həm də mənim gözüm çox zəif görür. Amma buna baxmayaraq məktəbdə sinif nümayəndəsidir, inglis və rus dilini, riyaziyyatı çox yaxşı qavrayır. Ona deyirəm ki, oxu, mənim çəkdiyim zülmləri çəkmə. Bəlkə nə vaxtsa sən bizi ağ günə çıxara bildin. Sizin vasitənizlə aidiyyatı qurumlardan, imkanlı şəxslərdən xahiş edirəm ki, mənə kömək etsinlər. Mən çox qürurlu biriyəm, amma ailəmə görə məcburam problemimi danışım. 1, yaxud 2 otaqlı daşdan tikilən evim olsa dünyanın xoşbəxti olaram, övladlarımın üzünə, onların gözlərinin içinə düz, rahat baxa bilərəm. Bütün kənd camaatı bilir ki, mən necə insanam. Günü gedib 5-10 manata qapılarda işləyirəm, fəhləlik edirəm. Aylıq aldığım 236 manatdır. Bu məbləğlə necə dolana bilərəm? Körpə uşağım acından gecədən səhərə kimi ağlayır. Elə vaxt olur ki, gecə mən də yuxudan durub, onunla birgə ağlayıram. Çox dözülməz bir yaşayışdır. Mənim uşaqlarım hələ qapıda kabab yeməyiblər. Qızım deyir ki, ata, məktəbimizin yanındakı restoranda kabab çəkirlər, iyi məktəbə elə qəşəng gəlir ki! Dizlərimə, başıma döyürəm ki, uşaqlarımın istəklərini həyata keçirə bilmirəm (ağlayır).

Tovuz rayon İcra Hakimiyyətinə dəfələrlə müraciət etmişəm, mənim halımdan, vəziyyətimdən xəbərdardırlar. Başçı Məmməd Məmmədov məni şəxsən tanıyır, demişdi ki, evlə bağlı sənə köməklik edəcəyəm. Amma indi gedirəm, mənə heç bir qapı açmırlar. Deyirlər ki, get, yaxşı olacaq. Keçən dəfə də getmişdim, başçı müəyyən qədər məbləğ çıxarıb verdi ki, get uşaqlara yemək al. Bunu sağ olsun etdi. Amma hələ də evlə bağlı bir xəbər yoxdur. Qurban olum, sizdən xahiş edirəm mənə kömək olun. Mən buradan Şəbnəm Tovuzluya da müraciət edirəm, o da Tovuzun mərd qızlarından biridir. Bilirəm ki, hamıya ələlxsus da imkansızlara çox kömək edir. Çox istərdim ki, mənə də köməklik etsin, gəlib şəraitimlə maraqlansın. Xahiş edirəm, sizə yalvarıram, məni bu yolda tək buraxmayın, onsuz da heç kimim yoxdur” deyə şikayətçi bildirib.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=168126

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Redaktor: Xan Tural
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

İyun 2022
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
27282930