Şəkərli diabet xəstələri mütləq vaksin vurdurmalıdır

15.11.2021 - 13:34

“Qidalanma yolu ilə qana keçən qlükoza insulin hormonunun azlığından hüceyrələr tərəfindən sorula bilmir və qanda şəkər yüksəlir”.

 

Bu fikirləri ıqlamasında Həkim-endokrinoloq Xalid Qurbanzadə bildirib.

 

Həkim- endorkrinoloq deyib ki, qanda şəkərin artmasına ” hiperqlikemiya” deyilir.

“Şəkərin diaqnozu üçün 8 saatlıq aclıqdan sonra qan şəkərinin normal dəyəri 100-110 mq/dl olmalıdır.

Qandakı yüksək şəkər səviyyəsinə nəzarət edilməzsə və yüksəlmə davamlı olaraq baş verərsə, daxili orqanların ciddi struktur zədələnməsinə səbəb olur. Yüksək qan şəkəri ilə əlaqəli diabet simptomları diabetin klassik 3P simptomları adlanır. Bu, polidipsiya (həddindən artıq susuzluq və su içmək istəyi, maye qəbulunun əhəmiyyətli dərəcədə artması), poliuriya (çox tez-tez sidiyə getmə) və polifagiyadır (çox yemək istəyi, iştahanın artması).

Bunlara əlavə olaraq, digər ümumi diabet simptomlarına yorğunluq və zəiflik, ağızda quruluq, tez-tez yaranan aclıq hissi, səbəbsiz çəki itkisi, bulanıq görmə daxildir.

 

X.Qurbanzadə bədən Kütləvi İndeksi (BKİ) 25 kq/m2) və daha yuxarı olan insanlarda şəkərli diabetə tutulma ehtimalının normal insanlardan 5 dəfə çox olduğunu qeyd edib:

“Birinci dərəcəli qohumlarında (ana, ata, qardaş kimi) şəkərli diabet olanlar; YSLP xolesterolun miqdarı < 35 mq/dl (0.90 mmol/l) və/və ya triqliseridlərin miqdarı > 250 mq/dl (2.82 mmol/l); Polikistoz yumurtalıqlar sindromu (PKYS) olan qadınlar; ürək-damar xəstəliyi olanlar; yüksək qan təzyiqi olanlar; əvvəllər gizli şəkər diaqnozu qoyulmuş şəxslər yüksək risk qrupunda hesab olunur”.

Həkim qanda şəkərin ölçülməsi tezliyinin diabet xəstəsinin ehtiyacları ilə müəyyən edildiyini, insulindən istifadə edən 1-ci tip diabet xəstələri gündə ən azı 4 dəfə ölçməli və əvvəlki ölçmənin nəticələrinə uyğun olaraq insulin dozasını və yemək planlarını tərtib etməli olduqlarını bildirib:

“İnsulindən istifadə etməyən 2-ci tip diabetli xəstələrdə gün ərzində qan şəkərinin dəyişməsi daha az olur, buna görə də Tip 2 diabet xəstələri adətən Tip 1 diabet xəstələri kimi qan şəkərini ölçməyə ehtiyac duymurlar. Bu xəstələrdə yeni müalicəyə keçərkən, dozanı tənzimləyərkən və həyat tərzində əhəmiyyətli dəyişiklik edərkən tez-tez ölçmə aparılmalıdır. Bu hallarda, səhər yeməyindən əvvəl və axşam yeməyindən əvvəl gündə iki ölçmə kifayət edəcəkdir”.

X.Qurbanzadə 2020-ci ildəki statistikasına görə, tibb müəssisələrində qeydiyyatda olan şəkər xəstələrin sayının 287 min 466 nəfər olduğunu bildirib. Bundan əlavə, həkim- endorkrinoloq şəkərli diabet xəstələrinin mütləq qaydada COVID-19 peyvəndi vurdurmalı olduğunu qeyd edib.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=168239

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930