cumhuriyyet.net
Metroda telefon oğurladı - TUTULDU • Cumhuriyyət
Metroplitendə Polis Şöbəsinə noyabrın 24-də “Gənclik” stansiyasında Bakı şəhər sakini Ş.Rəcəbovanın mobil telefonunun oğurlanması barədə məlumat daxil olub. Bu barədə Daxili İşlər Nazirliyindən (DİN) Modern.az-a verilən məlumatda bildirilib. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən paytaxt sakini A.Xəlilov müəyyən edilərək saxlanılıb. Rəsmi məlumata görə, araşdırma aparılır.
nesimi