Horadiz-Ağbənd dəmir yolunun bir hissəsi istifadəyə verildi

07.01.2022 - 17:57

Horadizdən başlayaraq Ağbənd istiqamətinə dəmir yolu xəttinin çəkilişi sürətlə davam edir.

 

Artıq xəttin 23 kilometrlik hissəsi hazırdır. Qatarlar həmin istiqamətdə hərəkətə başlayıb. Bu qatarlarla yolun tikilməkdə olan hissəsi üçün materiallar daşınır.

 

Xatırladaq ki, Horadizdən başlayaraq Ağbəndə qədər çəkiləcək dəmir yolu xəttinin ümumi uzunluğu 110 kilomertrdir. Yolun keçdiyi ərazilər minalardan tam olaraq təmizlənib və yolboyu su ötürücüləri, körpülər hazırlanıb, torpaq-yataq işləri görülüb. Hazırda Horadizdən başlanan dəmir yol xəttinin Zəngilan istiqamətinə qədər hazır olan hissəsi ilə qatarlar rahat hərəkət edir. Artıq yolboyu stansiyaların da tikintisi aparılır.

 

Hazırda Mərcanlı və Mahmudlu stansiyalarının tikintisi davam etdirilir.

 

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=169323

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2024
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031