Hövsanda qaz niyə fasilələrlə verilir? – “Azəriqaz”dan açıqlama

11.01.2022 - 16:38

“Azəriqaz” İstehsalat Birliyi Bakının Suraxanı rayonu, Hövsan qəsəbəsində qazın verilişində yaranan fasilələrə münasibət bildirib.

 

Qurumun Mətbuat xidmətindən bildirilib ki, ərazidə fasilələrin yaranması qaz sayğaclarının girişlərində aparılan quraşdırma işləri ilə əlaqədardır.

 

“Adıçəkilən ərazidə “Təmizqaz” MMC tərəfindən sayğacların girişləri əymə üsulu ilə işlənilir. Buna görə də gündəlik iş planına uyğun olaraq qaz verilişi dayandırılır.

 

Bu proses təhlükəsizlik məqsədi ilə həyata keçirilir. Sızmaların aradan qaldırılması ilə əlaqədar həmin hissələrdə qazın verilişində fasilələr yaranır”, – deyə məlumatda bildirilir.

 

Qeyd edək ki, paytaxtın Suraxanı rayonu, Hövsan qəsəbəsinin bir hissəsində və Dədə Qorqud yaşayış massivində təbii qazın verilişində fasilələr yaranıb. Sakinlərin sözlərinə görə, qış ayları olmasına baxmayaraq, artıq 3 həftədir ki, hər gün saat 10:00-18:00 aralığında təbii qazın verilişi dayandırılır.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=169346

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930