Hansı ərzaqları suermarketlərdən almaq məsləhət deyil – DİETOLOQ SADALAYIR

13.01.2022 - 14:35

RİA «Novosti» xəbər verir ki, Drobışeva ilk növbədə pasterizə olunmuş südü və rafinə olunmuş yağı almağı məsləhət bilmir. Pasterizasiya süd zülalının şəklini dəyişir, nəticədə orqanizm onu «tanımır» və düşmənə olduğu kimi hücum edir. “Məhz pasterizasiya səbəbilə, əhalinin 75 faizində laktoza qəbuledilməzliyi baş verir” – Drobışeva dəqiqləşdirib.

Rafinə və dezodorinasiya olunmuş yağ güclü kanserogendir və özünün molekulyar strukturuna görə plastiki xatırladır. Belə ərzaqlardan istifadə ateroskleroza gətirib çıxardır.

Drobışeva həm də şirin yoqurtları məsləhət görmür, onlara aludə olmuş insanlarda piylənmə baş verir və diabet əmələ gəlir. Daha bir faydasız ərzaq – tez hazırlanan sıyıqlar, onlarda kletçatka olmur.

Dietoloq izah edir ki, ÜST-ün tövsiyəsinə görə, sağlamlıq üçün sutkalıq şəkər norması 25 qram təşkil edir, şirin yoqurtun tərkibində isə 19 qramdır – başqa sözlə, gündəlik normaya yaxın.

Tez bişən yarmalarda kletçatka olmur – o, orqanizmi zərərli maddələrdən təmizləyir. Belə sıyıqlar yalnız iştahı qaldırır, orqanlara zərər vurur və dərinin qocalmasını sürətləndirir.

Toyuq əti və ya pasterizə olunmuş şirələrin tərkibində də zərərli maddələr olur. Toyuq əti ucuz olsun deyə, bir çox istehsalçılar onu hormon və antibiotiklərlə «yükləyirlər». Belə toyuq əti patogen mikroorqanizmlər üçün komfortlu mühitdir. Bu mikroblar hətta dondurulmuş ətdə də yaşayırlar.

Paketlənmiş şirələr isə yalnız rəng maddəsindən, şəkərdən və konservantdan ibarət olur.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=169432

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930