Ağdərədə 30 sm qar yağıb – Faktiki hava

17.01.2022 - 11:40

Yanvarın 17-si saat 10:00-a olan məlumata əsasən cənub və şərq rayonlarında hava yağıntılı olub, sulu qar, qar, Sumqayıt və Bakıda sulu qar yağıb.

 

Milli Hidrometeorologiya Xidmətindən  verilən məlumata görə, düşən yağıntının miqdarı Lerikdə 15.0 mm, Qubada 14.0 mm, Astarada 8.0 mm, Şabran, Ordubadda 6.0 mm, Ləzə, Xaltan, Altıağacda 5.0 mm, Yardımlı, Qusar, Xaçmazda 4.0 mm, Lənkəranda 1.0 mm, Bakıda və Abşeron yarımadasında: Sumqayıtda 2.0 mm, Maştağa, Bakıda 1.0 mm-dək olub.

 

Qar örtüyünün hündürlüyü Ağdərədə (Ordubad) 30 sm, Ləzədə 21 sm, Qubada 20 sm, Lerikdə 19 sm, Qrızda 15 sm, Sarıbaşda (Qax) 14 sm, Şabran, Xaltan, Altıağacda 12 sm, Şahbuzda 8 sm, Daşkəsəndə 6 sm, Göygöl, Qusar, Naxçıvanda 5 sm, Xınalıqda 1 sm olub.

 

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 1-2° isti, aran rayonlarında 1-4° şaxta, dağlıq rayonlarda 15°-dək şaxta, Naxçıvan MR-da 14°-dək şaxta olub.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=169550

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930