“TAMAM BİQEYƏTLİK SAYIRAM” – KVN ” biabırçılığı Rasim Balayevi özündən çıxartdı

24.01.2022 - 16:20

Rusiyanın Soçi şəhərində keçirilən KVN komandalarının 33-cü Beynəlxalq Festivalında (“KiViN-2022”) Azərbaycanı təmsil edən “Şuşa” komandasının adınının “Buta” ilə əvəzlənməsi ilə bağlı müzakirələr davam edir.

Komandanın rəhbəri, ssenarist və prodüser Müşviq Abbasov açıqlama verərək komandanın adının qaytarıldığını desə də, tənqidlər bitmək bilmir. Sosial şəbəkə istifadəçiləri KVN komandamızı tənqid edərək belə bir addımın yolverilməz olduğunu qeyd ediblər. Bəzi vətəndaşlar isə sosial şəbəkələrdə insanları “Bu şəhərdə” komandasını boykot etməyə, bunda sonra onların konsertlərinə getməməyə çağırıb.

Baş vermiş hadisə ilə bağlı Cebhe.info-ya Xalq artisti Rasim Balayev danışıb:

“Təəssüf ki, belə olub. Bizim elə oğullarımız olub ki, silahla “Qarabağ Ermənistandır” deməyə məcbur etmək istəyiblər. O da demədiyinə görə ermənilər onu güllələyiblər. Elə oğullardan sonra elə ac insanların bu cür hərəkəti xəcalətdir. Hətta belə bir bəhanə var ki, klubun adını dəyişdirsələr, ikinci tura keçid edəcəklər. Əşi, turu neynirəm, de ki, mənim adım “Şuşa”dır! Qəbul edirsən et, etmirsən etmə, çıx gəl. Mən bunu tamam biqeyrətlik sayıram”.

Aktyor bildirib ki, nə olur olsun, bu həqiqəti dəyişmək olmaz: “KVN orada olub nə edəcəkdi ki?!Əsas odur ki, biz Qarabağı, Şuşanı almışıq. Guya KVN yarışmada olmayanda biz batdıq?! Yox! Əsas budur. Vaxtilə lazımı yer qazanıblar da. İndi nə edəcəklər?

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=169736

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Redaktor: Xan Tural
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

May 2022
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031