Çoxuşaqlı analarla və pensiya yaşı ilə bağlı MÜHÜM XƏBƏR

05.05.2022 - 22:23

Milli Məclisin bugünkü iclasında Deputat Əli Məsimli Milli Məclisdə “Əmək pensiyaları haqqında” qanuna dəyişikliklərin müzakirəsi zamanı iki vacib təkiflə çıxış edib.

O, bildirdi ki, “Əmək pensiyaları haqqında” qanuna dəyişikliklərdə 5 və daha çox uşaq dünyaya gətirib böyüdən qadınlar, eyni zamanda 5 və daha çox uşağı qəyyumluğa götürən atalar, yaxud 5 və daha artıq uşağı, ana vəfat edərsə, yaxud boşanarsa, saxlayan atalar güzəştli şərtlərlə pensiyaya çıxmaq hüququ əldə edirlər: “Bu dəyişiklikdə həm də nəzərə alınmalıdır ki, artıq Azərbaycanda demoqrafik vəziyyət xeyli dəyişib. Ona görə də çoxuşaqlı analara yeni yanaşma tələb olunur. Çünki ölkəmizdə ailələrin əksəriyyəti 1-2 uşağı olan ailələrdir. Beşdən çox uşağı olan ailələr isə çox azdır. Ona görə də “çoxuşaqlı ana” anlayışına yenidən baxılması və qanunverilikdə müvafiq dəyişiklik edib, 3 və daha çox uşağı olan analara “çoxuşaqlı ana” statusu verilməsini təklif edirik”. Ə.Məsimli bildirdi ki, pensiya güzəşti 3 və daha çox uşağı olan analara şamil edilməlidir.

Əli Məsimli həmçinin qeyd edib ki, 1990-cı ildən bu yana keçən 30 ildən artıq bir dövr ərzində Azərbaycanda orta ömür uzünluğu 2 yaş, o cümlədən kişilər üçün 3 yaş, qadınlar üçün 1,7 yaş artdığı halda pensiya yaşı kişilər üçün 5 yaş, qadınlar üçün isə 7 yaş artıb və bu artım qadınlarda 10 yaşa çatanadək davam edəcək: “Azərbaycanda orta ömür uzunluğu aşağı və pensiyaya yaşı isə yuxarıdır. Pensiya yaşının artması nəticəsində əgər əvvəllər yaşa görə pensiya alanların sayı artırdısa, son 10 ildə 10 faizə yaxın azalıb və 716 min nəfərə enib ki, bu da 1994-cü il səviyyəsindən də aşağı bir göstəricidir”.

Deputat əlavə edib ki, pensiya yaşı müəyyənləşəndə orta ömür uzunluğu göstəricisi ilə yanaşı sağlam ömür uzunluğu göstəricisi də nəzərə alınmlıdır: “Belə ki, 2013-cü ildən bu yana sağlam ömür uzunluğy qadınlarda 67,7 yaşdan 67,2 yaşa, kişilər üçün isə 62,9 yaşdan 60,9 yaşa enib”. Əli Məsimli səsləndirdiyi rəqəmlərdən, eləcə də orta ömür uzunluğu və digər göstəricilərə görə bizə daha yaxın olan MDB ölkələrində pensiya yaşınn orta səviyyəsindən çıxış edərək Azərbaycanda pensiya yaşının kişilər və qadınlar üçün 65 yaşa çatdırılmasını düzgün hesab etməyib və bildirdi ki, hazırkı reallıqlar şəraitində ölkəmizdə pensiya yaşının kişilər üçün 63,qadınlar üçün isə 60 yaş həddənədə olması daha məqbul variantdır. Deputat xüsusi vurğuladı ki, pensiya sahəsindəki bu cür həlli vacib olan problemlərin çözülməsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə yanaşı hökümətin də yaxından iştirakı çox vacibdir./Musavat/

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=174589

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Redaktor: Xan Tural
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

May 2022
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031