Daha 5 min nəfərə “Müharibə veteranı” adı VERİLƏCƏK

26.05.2022 - 14:35

Müdafiə Nazirliyinin tərkibində fəaliyyət göstərən komissiya tərəfindən Vətən müharibəsində iştirakı ilə bağlı məlumatlarının araşdırılması yekunlaşan və arayış-məlumatları hazır olan növbəti 5000 nəfərdən artıq vətəndaşın sənədləri “Müharibə veteranı” adının verilməsi məqsədilə qərar qəbul edilməsi üçün müvafiq komissiyaya göndərilib.

 

Bu barədə Cumhuriyyet.az-a nazirlikdən məlumat verilib.

 

Bildirilib ki, sənədləri göndərilən vətəndaşlar barədə qərar qəbul edildikdən sonra onların da adları “Müharibə veteranı” adının verilməsi üçün “Zəfər” altsisteminə daxil ediləcək: “Bundan sonra onlara da Azərbaycan Respublikası Prezidentinin aylıq təqaüdünün (80 AZN) təyin edilməsi və 2022-ci ilin yanvar ayının 1-dən hesablanaraq ödənilməsi təmin olunacaq.

 

Qeyd edək ki, bu günədək Vətən müharibəsində iştirak etmiş 76 000 nəfərə “Müharibə veteranı” adı verilib, müraciəti daxil olmuş digər vətəndaşların Vətən müharibəsi iştirakı ilə bağlı arayış-məlumatları isə tam hazırlanıb yekunlaşdıqdan sonra baxılması və qərar qəbul edilməsi üçün müvafiq komissiyaya göndəriləcək”.

 

“Hər bir vətəndaşın müraciətinə xüsusi həssaslıqla yanaşılır. Müraciətlərin araşdırılması fərdi yanaşma və vaxt tələb etdiyindən vətəndaşlardan qarşıya çıxan qayğıları anlayışla qarşılamağı xahiş edirik”, – nazirlikdən bildirilib.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=175753

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930