DSMF ilə bağlı layihə qəbul edildi

29.06.2022 - 11:30

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun və İşsizlikdən Sığorta Fondunun gəlirləri ilə xərcləri artırılır.

Cumhuriyyet.az xəbər verir ki, bununla bağlı Milli Məclisin bu gün keçirilən plenar iclasında “2022-ci il dövlət büdcəsi haqqında”, “Dövlət Sosial Müdafiə Fondunun 2022-ci il büdcəsi haqqında” və “İşsizlikdən sığorta fondunun 2022-ci il büdcəsi haqqında” qanunlara təklif edilən dəyişikliklər üçüncü oxunuşda müzakirəyə çıxarılıb.

Dəyişikliklərə əsasən, Dövlət Sosial Müdafiəsi Fondunun büdcəsinin gəlirləri və xərcləri bərabər olmaqla 5606,3 milyon manat təşkil edəcək ki, bu da təsdiq olunmuş göstəriciyə nisbətən 299,5 milyon manat və ya 5,6 faiz çoxdur.

İşsizlikdən Sığorta Fondunun gəlirləri və xərcləri bərabər isə olmaqla 181,4 milyon manat təşkil edəcək ki, bu da təsdiq olunmuş göstəriciyə nisbətən 1,0 milyon manat və ya 0,6 faiz çoxdur.

Hər üç layihə səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=177663

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930