Valideynlər nələrə diqqət etməlidirlər? – Komitədən çağırış

29.07.2022 - 22:46

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi valideynlərə müraciət edib.

Komitədən Cumhuriyyet.az-a verilən məlumatda bildirilir ki, son günlər kütləvi informasiya vasitələrində, daha çox isə ictimai fəal vətəndaşların sosial şəbəkə hesablarında uşaqlarla bağlı faciəvi faktları əks etdirən xəbərlərin tirajlanması acı bir həqiqətə – valideyn məsuliyyətsizliyi ilə bağlı bəzi hallara bir daha diqqət yetirməyə vadar edir.

“Çünki valideynlik vəzifələrinin düzgün yerinə yetirilməməsi, bəzi valideynlərin övladları qarşısındakı öhdəliklərinə biganə yanaşması, öz hüquqlarından sui-istifadə etməsi,eləcə də etinasızlıq, laqeydlik və diqqətsizlik kimi hallara yol verməsi uşaqlarla bağlı bədbəxt hadisələrin baş verməsinə gətirib çıxarır.

Bəs bu hadisələrin qarşısını necə almaq olar, valideynlər nələrə diqqət etməlidirlər?

Bunun üçün onlar uşaqların yaş xüsusiyyətləri, maraq və ehtiyacları barədə ən azı ümumi bigilərə malik olmalıdırlar ki, öz davranış və münasibətlərini ona uyğun tənzimləyə bilsinlər.

Valideynlər hər bir uşağın digər yaşıdlarından fərqli düşüncəyə və xüsusiyyətlərə malik olduğunu dərk etməli, onu qəbul etməli, bütün hərəkət və davranışlarında bunu nəzərə almalıdırlar”, – Komitədən bildirilib.

Qeyd edilib ki, ilk növbədə övladlarına kifayət qadər vaxt ayırmalı, ailə üzvləri arasında qarşılıqlı hörmət və sevgiyə əsaslanan ünsiyyəti möhkəmləndirməlidirlər: “İlk gündən ailədə bu qaydalar çərçivəsində öz davranışlarını formalaşdıran uşaqlar həm şəxsi azadlığını dəyərləndirə bilir, doğmaları və onu əhatə edən cəmiyyət üzvləri qarşısında öhdəliklərini yaxşı dərk edir, həm də qaydalara uyğun yaşamağı öyrənirlər. Çünki valideynlər övladlarının ilk həyat müəllimləridir.

Bu səbəbdən də hər bir valideyn övladının şəxsi bacarıq və qabiliyyətlərinin inkişafı ücün səylə çalışmalı, həmçinin onun qarşısında əldə edə bildiyi bilik səviyyəsinə uyğun gözləntilər qoymalıdır.

Valideynlər övladlarının gündəlik həyatından xəbərdar olmaqla yanaşı, onun şəxsi həyatının da olmasını qəbul etməlidirlər.

İdeal və qeyri-ideal valideyn yoxdur, amma övladlarına diqqət və sevgini düzgün ifadə edən və ya bunu yaxşı bacarmayan valideynlər var. Odur ki, valideyn və ya bu vəzifəni yerinə yetirməli olan şəxslər uşaq və yeniyetmələrin nəyə ehtiyacı olduğunu düzgün müəyyən edərək, onu təmin etməyə çalışmalı onların ən ümdə maraqlarının qoruyucusu olmalıdır”.

“Dövlət Komitəsi ailələrə və cəmiyyət üzvlərinə müraciət edərək, ilk növbədə öz övladlarına, həmçinin bizim hamımızın və Azərbaycanın gələcəyi olan uşaqlara diqqətlə yanaşmağa, onların mənəviyyatca zəngin, fiziki cəhətdən sağlam böyümələri, təhlükəsiz və azad bir cəmiyyətdə yaşamalarını təmin etmək istiqamətində səyləri birləşdirməyə çağırır”, – müraciətin sonunda qeyd edilib.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=179720

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2024
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031