Baş Prokurorluq Şuşaya səfər barədə izah hazırlayıb – VİDEO

03.08.2022 - 11:26

Baş Prokurorluq Şuşa şəhərinə səfər barədə maarifləndirici video hazırlayıb.

Cumhuriyyet.az xəbər verir ki, Baş Prokurorluğun Mətbuat xidməti tərəfindən hazırlanmış videoda Şuşa şəhərinə səfər etməyin qaydası ilə bağlı vətəndaşlara izah verilib.

Qeyd olunub ki, insanların Vətən torpağına olan sevgisindən öz cinayətkar niyyətlərini həyata keçirmək üçün istifadə edən şəxslərə qarşı mübarizə aparmaq məqsədilə Qarabağa necə səfər etməyin mümkünlüyü barədə qaydaları bilmək vacibdir:

“Bildiririk ki, tarixi torpağımız olan Şuşa şəhərinə səfər etmək istəyən vətəndaşlar “Yolumuzqarabaga.az” portalına daxil olub “ASAN login” sistemi vasitəsilə login olduqdan sonra mövcud reyslərdən hər-hansı birini seçməli, daha sonra elektron poçt ünvanını, şəxsiyyət vəsiqəsinin seriyasını, fərdi identifikasiya nömrəsini, mobil telefon nömrəsini və digər zəruri məlumatları daxil etməklə bilet əldə edə bilərlər”.

Xatırladaq ki, Baş Prokurorluğun bir neçə gün öncə təqdim etdiyi maarifləndirici videoçarxda Şuşa şəhərinə saxta turlar təşkil edən şirkətlər barədə məlumat verilib.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=179983

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930