AZAL-dan vətəndaşlara XƏBƏRDARLIQ

04.08.2022 - 16:56

Son zamanlar AZAL-ın adından böyük pul uduşları barədə şübhəli məlumatlar yayılır.

Bu barədə Cumhuriyyet.az-a “Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, bu cür məlumatlar xüsusilə mesencerlər, sosial şəbəkələr və ya elektron poçt vasitəsilə ötürülür. AZAL vətəndaşları diqqətli olmağa və şübhəli istinadlardan istifadə etməməyə çağırır.

“AZAL-ın bütün rəsmi məlumatları aviaşirkətin rəsmi saytında (www.azal.az), eləcə də sosial şəbəkələrdəki səhifələrində yerləşdirilir. Həmçinin xatırlatmalıyıq ki, son vaxtlar AZAL adından hüquqi və fiziki şəxslərə əməkdaşlıq, işə qəbul və s. haqqında müxtəlif təkliflər daxil olur. AZAL-ın adından istifadə edərək dələduzluqla məşğul olan bu kateqoriyalı şəxslərin aviaşirkətə heç bir aidiyyəti yoxdur.

“Azərbaycan Hava Yolları” QSC qeyri-rəsmi mənbələrdə onun adından verilən vədlərə görə heç bir məsuliyyət daşımır. Belə hallarla rastlaşan vətəndaşlardan dərhal hüquq-mühafizə orqanlarına müraciət etmələrini xahiş edirik”, – məlumatda qeyd olunub.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=180113

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2024
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031