Gənclərimizin törətdiyi cinayətlər – Zorlama, narkotik, quldurluq…

28.09.2022 - 14:06

2021-ci ildә 21 206 nәfәr cinayәt törәtmiş şәxs aşkar olunub ki, onların da 6305 nәfәri vә ya 29,7 faizi 14-29 yaşda olan gәnclәrdir.

 

Cumhuriyyet.az Dövlət Statistika Komitəsinin (DSK) açıqladığı rəsmi göstəricilərinə istinadən xəbər verir ki, 14-29 yaşda olan gәnclәrin 42,5 faizi ictimai tәhlükәsizlik vә ictimai qayda әleyhinә, 28,7 faizi iqtisadi sahәdә, 26,0 faizi şәxsiyyәt әleyhinә, 2,8 faizi isә cinayәti digәr sahәlәrdә törәdiblәr.

 

2020-ci ilә nisbәtәn 2021-ci ildә gәnclәr tәrәfindәn törәdilәn cinayәtlәrin ümumi sayından soyğunçuluq 34,1 faiz, quldurluq 24,3 faiz, qәsdәn adam öldürmә vә adam öldürmәyә cәhd 23,1 faiz, qәsdәn sağlamlığa ağır zәrәr vurma 20,2 faiz, zorlama vә zorlamaya cәhd 16,7 faiz, xuliqanlıq isә 9,8 faiz azalma ilә müşahidә olunub.

 

Rəsmi göstəricilərə əsasən, 6305 cinayət törətmiş şəxsdən 90-nı qәsdәn adam öldürmә, 146-sı qәsdәn sağlamlığa ağır zәrәr vurma, 5 nəfəri zorlama və zorlamaya cəhd, 1270-i oğurluq, 197-si dələduzluq, 83-ü soyğunçuluq, 56-sı quldurluq, 248-i xuliqanlıq, 1607-si narkotik vasitәlәrin vә psixotrop maddәlәrin qanunsuz dövriyyәsi, 677-si nәqliyyat vasitәlәrinin istismarı qaydalarını pozma (onlardan zәrәrçәkәnin ölümü ilә nәticәlәnәnlәr 149 olub) ilə ittiham olunublar.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=182727

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930