“Quzu əti yeməyin, zərərlidir” — Millət vəkilindən bahalaşmaya REAKSİYA

13.10.2022 - 20:03

“Azərbaycan özünü qoyun əti ilə 100 faiz, mal əti ilə isə 90 faiz təmin edir. Bu qiymət artımı bəzi işbazların işidir. Digər məhsulların qiymətində artım olan kimi, ətin qiymətini də artırırlar”.

Cumhuriyyet.az xəbər verir ki, bunu “Unikal”a açıqlamasında Milli Məclisin Aqrar siyasət komitəsinin sədri, deputat Tahir Rzayev dana və quzu ətinin bahalaşmasına münasibət bildirərkən deyib.

Komitə sədri qeyd edib ki, bəzi alverçilər vəziyyətdən sui-istifadə edirlər:

“Quzu ətinin daha çox istifadə olunması faydalı deyil. Xarici ölkələrdə insanlar yetişmiş ət alırlar. İstər qoyun, istərsə də iribuynuzlu heyvanlar kökəltməyə verilir, ondan sonra satışa gedir. Baxırsan ki, bizdə 7-8 kiloluq quzuya həvəs göstərirlər. Belə olan halda bir gündə minlərlə heyvan qırılır. Bu, heyvandarlığa ziyandır. Guya, quzu ətinin tərkibi yaxşıdır, kalorilidir. Əslində, onun kalorisi digərlərindən yüksək deyil”.

Milli Məclisin üzvü qeyd edib ki, bu sahədə bazar mütləq tənzimlənməlidir: “Heyvanların rayondan alınıb şəhərə gətirilməsində monopoliya var. Bəzi işbazlar da bundan istifadə edirlər. Onlar mal-qaranı ucuz qiymətə alıb gətirirlər. İmkan vermirlər ki, sahibkar öz məhsulunu gətirib bazarda satsın. Belə hallar qiymətlərə öz təsirini göstərir”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=183674

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930