İntihar edən əsgərlə bağlı YENİ XƏBƏR: Bir neçə gün öncə…

24.10.2022 - 17:43

“Özünü asan əsgər Murad Şahbazov Kəlbəcərdə xidmət edirdi”.

Cumhuriyyet.az  xəbər verir ki, bunu “Unikal”a açıqlamasında Cəlilabad rayon Günəşli kənd icra nümayəndəsi Eldəniz Cəfərov deyib.

O bildirib ki, hadisə ötən gün günorta saatlarında baş verib:

“Murad Şahbazov bir neçə gün əvvəl kor bağırsağından əməliyyat olunmuşdu. Buna görə də onu evə buraxmışdılar. Uzun müddət kənddə qalmalı idi. Başqa hər hansı problemi yox idi.

İntiharın səbəbi hələlik məlum deyil. Ailəsi də bu barədə heç nə bilmir. Yəqin ki, məsələ ilə prokurorluq orqanları məşğul olacaq”.

Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib ki, 2003-cü il təvəllüdlü əsgər Murad Şahbazovun oktyabrın 23-də yaşadığı Cəlilabad rayonu, Günəşli kəndində özünü asaraq intihar etməsi faktı ilə bağlı Cəlilabad Rayon Prokurorluğunda araşdırma aparılır.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=184077

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930