Parlamentin iclası başladı: “Biz hamımız bu aksiyanı dəstəkləyirik”

16.12.2022 - 11:40

Milli Məclisin növbəti plenar iclası Sahibə Qafarovanın sədrliyi ilə öz işinə başlayıb. Komitə sədri Siyavuş Novruzov çıxışında Şuşa-Laçın yolunda davam edən aksiyada bəhs etdi. Bildirdi ki, etirazçılar haqlı olaraq Rusiya sülhməramlılarının erməni separatçıları ilə birləşməsini, eyni zamanda İrandan gəlmiş terrorçuların ordan çıxarılmasını, ekologiya terroruna son qoyulmasını tələb edirlər. “Biz hamımız bu aksiyanı dəstəkləyirik, onların yanındayıq. Onlar Azərbaycan vətəndaşı kimi haqq yolla gedirlər”-deputat bildirdi.

S.Novruzov dedi ki, gənclərimiz çox aktiv şəkildə bu prosesdə iştirak edir. Qeyd etdi ki, Azərbaycan bəzilərinin gözləntilərinə rəğmən, gəncliyi nəinki torpaqlarımızın işğal faktını unutdu, əksinə, köhnə nəsildən də daha həssas münasibət bəslədiklərini sübuta yetirdilər: O qeyd etdi ki, vaxtilə 20 Yanvar hadisələrində Azərbaycan xalqı necə ayağa qalxmışdısa, gənclərimiz necə sinəsini sovet tanklarına sipər etmişdisə, bu gün də gənclərimiz fədakarlıq nümayiş etdirirlər. “Belə gəncləri, Ali Baş Komandanı olan millət həmişə qələbəyə layiqdir”-deputat bildirdi.(musavat)

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=186489

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930