Vasif Tağıyevə mənzil hədiyyə edildi – Foto

23.02.2023 - 22:34

“PAŞA Holdinq” Azərbaycanın İrandakı səfirliyinə hücum zamanı həlak olan və yaralanan şəxslərə dəstək göstərib.

Cumhuriyyet.az xəbər verir ki, hücum zamanı həlak olan Orxan Əsgərovun ailəsinə, eləcə də yaralanan Mahir İmanova 50.000 AZN, terrorçunun qarşısını alaraq yaralanan Vasif Tağıyevə isə mebel ilə təchiz edilmiş yeni tikilidə mənzil təqdim edib.

“Hadisə zamanı həlak olan Orxan bəyə Allahdan rəhmət, ailəsinə səbr, yaralanmış həmvətənlərimizə şəfa diləyirəm” – deyə, “PAŞA Holdinq”in baş icraçı direktoru Cəlal Qasımov əlavə edib.

Xatırladaq ki, 27 yanvar 2023-cü il tarixində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə terror hücumu olub. Hücum zamanı səfirliyin mühafizə rəisi Orxan Əsgərov həlak olub, 2 əməkdaşı isə yaralanıb.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=188733

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930