Bu şəxslərin müavinəti 130 manat ola bilər

02.05.2023 - 13:47

Azərbaycanda müharibə veteranlarına verilən müavinətin 80 manatdan 130 manata çatdırılması təklif olunur.

Cumhuriyyet.az xəbər verir ki, bu təkliflə Milli Məclisin deputatı Siyavuş Novruzov parlamentin bu gün keçirilən plenar iclasında çıxış edib.

Onun sözlərinə görə, müharibədən sonrakı müddətdə kommunal xərclərin qiymətində müəyyən dəyişikliklər olub:

“I və II Qarabağ müharibəsinin 80 mindən çox veteranı var. Onlar da 80 manat civarında müavinət alır. Həmin məbləğin artırılması ilə bağlı müvafiq dövlət qurumları ilə danışmaq lazımdır. Heç olmasa, müavinətlərə 50-70 manat məbləğində əlavə olunsun. Müharibə veteranları üçün ayrılan müavinətlər qaza, işığa və nəqliyyata sərf olunur. Həmin müavinət təyin olunandan sonra kommunal xərclərin qiymətləri də dəyişib. Bugünkü 80 manat müavinət də həmin xərclərin ödənilməsini təmin etmir”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=191482

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930