Sumqayıtda detektiv yazar Elbrus Kəlbiyevlə görüş və imza günü keçirildi – FOTOLAR,VİDEO

26.05.2023 - 20:27

Mayın 26-da, Sumqayıt şəhər Poeziya evində detektiv yazıçı, psixoloq, ehtiyatda olan polkovnik-leytenant Elbrus Kəlbiyev ilə görüş və kitablarının imza günü keçirilib.

İki saatdan çox davam edən maraqlı və rəngarəng  tədbirdə  ictimaiyyət nümayəndələri, ədəbiyyat adamları, tanınmış ziyalılar, yazarın çoxsaylı oxucuları, gənclər və yazarın yaradıcılığını sevən dostları iştirak ediblər.

Tribunainfo.az xəbər verir ki, görüşdə yazıçının əsərləri geniş şəkildə müzakirə olundu, çıxış edənlər yazıçının əsərləri haqda xoş fikirlərini bildirdilər.

Çıxış edənlər yazıçının əsərlərinin oxucular tərəfindən sevilərək oxunduğunu qeyd etdilər.

Sonra biri-birindən maraqlı altı detektiv roman müəllifi olan Elbrus Kəlbiyev çıxış edərək həyat və yaradıcılığı haqqında fikirlərini görüş iştirakçıları ilə bölüşüb.

Görüşdən məmnun olduğunu bildirən yazıçı, gələn qonaqlara və tədbiri təşkil edən Poeziya evinin direktoru, şair İbrahim İlyaslıya öz təşəkkürünü bildirib.

Görüşdə yazıçı həmçinin oxucularının çoxsaylı suallarını cavablandırıb.

Sonda yazıçı oxucularına yazdığı kitablarından hədiyyə edərək onları kitabları oxucuları üçün imzalayıb, ürək sözlərini yazıb və iştirakçılarla xatirə şəkilləri çəkdirib.

Qeyd edək ki, Elbrus Kəlbiyev detektiv janrında yazılan 6 kitabın – “Şahmat qaydaları ilə QƏTL”, “Ölülərin pıçıltısı”,  “Kobranın ölüm rəqsi” , “Şeytan ruhunun ləpiri”  , “Utancaq qatil” və sonuncu yazdığı- “Heroqliflərin sirri” kitablarının müəllifidir.

                              

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=191742

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930