Kanadada avtomobilləri oğurlayıb Azərbaycana göndərmək istəyən dəstə – Video

23.01.2024 - 12:45

Kanadanın Ontario əyalətində dəyəri 3,2 milyon dollardan çox olan 52 oğurlanmış avtomobil tapılıb. Yeniavaz.com Kanada mətbuatına istinadla xəbər verir ki, müstəntiqlər məsələ ilə bağlı 96 cinayət işi açıblar.
Belə ki, yanvarın 22-də York rayonunun polis rəmiləri bir qrup şəxsin bahalı avtomobilləri hədəf aldığını və onları satmaq məqsədilə Şərqi Avropaya, həmçinin Azərbaycan və Gürcüstana qədər aparmağı planlaşdırdığını açıqlayıb. Sözügedən dəstə üzvlərinin əsasən Böyük Toronto adlanan ərazidən və Ontarionun cənub-qərbindən oğurlanmış avtomobilləri saxlamaq üçün yaşayış yerlərindən istifadə etdiyi bildirilir.
York polisi 11 nəfəri 100-ə yaxın cinayət əməlində, o cümlədən avtomobil oğurluğu və cinayət yolu ilə əldə edilmiş əmlakın alveri ilə məşğul olmaqda ittiham edib.
Kanada mətbuatında sözügedən şəxslərin siyahısı da dərc olunub. Bunlar Skarboro sakinləri 20 yaşlı Zain Afzal və 20 yaşlı Arpan Dutta; Nyumarket sakini, 57 yaşlı Andrey Pokrovskiy; Kembric sakini, 35 yaşlı Məhəmməd Hadi; London sakini Darren Proulex; Branford sakini, 64 yaşlı Sənan Abbasov; Kitçener sakini, 54 yaşlı Sadkoul Derman və Toronto sakinləri 32 yaşlı İbrahim Tairou, 46 yaşlı Kamal El Hadji Dani, 31 yaşlı Mina Pebenito və 34 yaşlı Şaibu Kolidir.
Bildirilir ki, oğurlanmış avtomobillərin tapılması və dəstə üzvlərinin aşkarlanması prosesi “Mamba layihəsi” adlandırılan layihənin tərkib hissəsidir və York Regional Polisinin Avtomobil Yük Oğurluğu Bölməsi, Kanada Sərhəd Xidmətləri Agentliyi, həmçininKapital Assosiasiyası tərəfindən həyata keçirilir.

Short URL: https://www.cumhuriyyet.net/?p=197948

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930