Oğlu 20 yanvar günü erməni mahnısına oynayan şəxs Abbas Abbasovun adamı imiş – VİDEO

31.01.2024 - 14:54

20 Yanvar ümummilli hüzn günü özünə erməni restoronında doğum günü keçirərək erməni mahnısı sədaları altında rəqs edən Yaşar Nağıyevin atası Moskva vilayətinin Dolqoprudnı rayonunda Azərbaycan diasporunun sədri kimi tanıdan Namus Nağıyevin keçmiş Milyarderlər İttifaqının və “Azerros”un Ağsaqqallar Şurasının sədri Abbas Abbasovun adamı olduğu məlum olub. Tribunainfo.az yazır ki, 2014-cü ildə Rusiyada ən böyük diaspor qurumu olan Ümumdünya Azərbaycan Konqresindən aralanandan sonra öz biznesi üçün arxa-dayaq axtaran Namus Nağıyev Abbas Abbasovun “Azerros”una üz tutub. Burada isə onu yaxşı qarşılayıblar. Hətta o dərəcədə ki, baş nazirin sabiq 1-ci müavininin sağ əlinə çevrilib.

Məlumata görə, Nağıyev Azərbaycandan əvvəl Dərbənddə olub. Orada iş adamı Hüseyn Hüseynovla görüşüb. “Azerros”un Dağıstan təşkilatına yaxın vaxtlarda böyük sərmayə ayrılacağını bildirib.
Daha sonra isə Bakıya gələn Nağıyev burada bir neçə görüş keçirib. Maraqlıdır ki, görüşlərin biri Salyanda “Bala Kür” restorarnında olub. Restoranın sahibi, salyanlı iş adamı İlqar Məcidov və daha bir neçə nəfərlə danışıqlar aparılıb. Bu söhbətlərin məzmunu barədə məlumat yoxdu.

Short URL: https://www.cumhuriyyet.net/?p=198301

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31