Azərbaycan vətəndaşı 2023-cü ildə Ermənistandakı evini satıb…

21.02.2024 - 12:14

2023-cü ildə nə qədər Türkiyə və Azərbaycan vətəndaşı Ermənistanda mənzil alıb?..

2023-cü ildə Türkiyə vətəndaşları Ermənistanda çoxmənzilli yaşayış binalarından 3 mənzil alıb. Alışlar hamısı İrəvanda baş verib. Poliqon xəbər verir ki, bu barədə “Sputnik Ermənistan”ın yazılı sorğusuna cavab olaraq Ermənistan Kadastr Komitəsindən məlumat verilib. Qeyd edək ki, 2022-ci ildə Türkiyə vətəndaşları Ermənistanda, həmçinin İrəvanda 11 mənzil alıblar.

Kadastr Komitəsi həmçinin bildirib ki, 2023-cü ildə Azərbaycan vətəndaşları Ermənistanda daşınmaz əmlak almayıb, 2022-ci ildə isə 2 daşınmaz əmlak alıblar: biri İrəvanda, ikincisi Lori rayonunda. Onlar fərdi yaşayış binasıdır. “Ermənistan Respublikasında Türkiyə vətəndaşları 2023-cü ildə İrəvanda çoxmənzilli yaşayış binasında 2 mənzil və Ararat rayonunda 1 torpaq sahəsi satıblar. Həmin müddət ərzində Azərbaycan vətəndaşı çoxmənzilli yaşayış binasında 1 mənzili satıb”, deyə Komitə satıcıların milliyyətini qeyd etməyib.

Qeyd edək ki, 2022-ci ildə Azərbaycan və Türkiyə vətəndaşları Ermənistanda daşınmaz əmlak satmayıblar. Kadastr Komitəsinin əvvəllər dərc etdiyi məlumatlara görə, 2023-cü ildə Ermənistanın daşınmaz əmlak bazarında xarici vətəndaşlar tərəfindən 4479 alqı-satqı əməliyyatı həyata keçirilib. 1492 halda alıcı, 2834 halda satıcı, 153 halda hər iki tərəf xarici vətəndaş olub. Türkiyə vətəndaşları Ermənistanda ilk dəfə 2005-ci ildə, Azərbaycan vətəndaşları isə 2012-ci ildə daşınmaz əmlak alıblar.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=198691

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930