Rövnəq Abdullayev AFFA-dan gedir – ÖZÜ AÇIQLADI

01.03.2024 - 15:35

Rövnəq Abdullayev AFFA-dakı gələcəyi ilə bağlı yekun qərarını verib. O, növbəti prezident seçkilərində namizəd olmayacaq. SOCAR-ın sabiq şefi bu barədə mövqeyini az öncə açıqlayıb. Abdullayev İcraiyyə Komitəsinin Gəncədə keçirilən iclasında yaxın günlərdə vəzifəsi ilə vidalaşacağını bildirib.

R.Abdullayev 2008-ci ildən AFFA-ya başçılıq edirdi. Ötən müddətdə 4 dəfə federasiyanın rəhbəri seçilib. Bu ay AFFA-nın növbəti hesabat-seçki konfransı keçiriləcək. Konfransın gündəliyinin əsasını yeni prezidentin seçilməsi təşkil edir.

Nizamnaməyə görə, konfransın vaxtını müəyyənləşdirmək səlahiyyəti İcraiyyə Komitəsindədir (İK). Ondan əvvəlki 15 gün ərzində «pəncərə» açılacaq./sportinfo

Short URL: https://www.cumhuriyyet.net/?p=198999

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31