Tanınmış həkim vəkili məhkəməyə verdi: Süni mayalanma qalmaqalı

01.03.2024 - 15:42

Türkiyəli ginekoloq, süni mayalanma mütəxəssisi Öndər Tulumbacı vəkil Əkrəm Həsənovu məhkəməyə verib. Bu barədə Ə.Həsənov özü məlumat yayıb. O bildirib ki, Ö.Tulumbacı xüsusi ittiham qaydasında Xətai Rayon Məhkəməsinə müraciət edib və vəkilin Cinayət Məcəlləsinin 147-ci (Böhtan) maddəsi ilə məsuliyyətə cəlb edilməsini tələb edib. Məhkəmənin baxış iclası bu gün keçiriləcək.

Qeyd edək ki, bir neçə gün əvvəl Əkrəm Həsənov sosial şəbəkə səhifəsindəÖndər Tulumbacı tərəfindən süni mayalanma edilmiş qadının əkiz övladlarının olduğunu, lakin illər sonra boşanma prosesi zamanı uşaqların donor hesab edilən atadan olmadığını bildirmişdi. O, mayalanma üzrə mütəxəssis ilə qadının əlbir olaraq atanı aldatdığını, tamamilə başqa şəxsdən götürülmüş hüceyrələrlə mayalanma prosesinin həyata keçirildiyini iddia etmişdi. Hazırda həmin məsələ ilə bağlı da məhkəmə prosesi davam edir.(qafqazinfo.az)

Short URL: https://www.cumhuriyyet.net/?p=199005

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31