Sahil Babayev telekanal açır

29.03.2024 - 13:30

Azərbaycanda sosial televiziya fəaliyyətə başlayır. Gununsesi.info-nun xəbərinə görə, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən xəbər verilib. Bildirilir ki, Azərbaycanda ilk sosial televiziya nümunəsi olan DOST TV internet televiziyası aprelin 2-də fəaliyyətə başlayacaq.

Adıçəkilən nazirliyin belə bir telekanal yaratması görünür, son zamanlar əhalinin nazir Sahil Babayevə və bu nazirliyin siyasətinə qarşı yaranan sosial narazılığı aradan qaldırmağa yönəlib. Son illər minlərlə insanın pensiyadan məhrum edilməsi, əlillik dərəcəsinin təyin olunmasında ortaya çıxan qanunsuzluqlar və sair neqativ hallar vətəndaşların Sahil Babayevə qarşı mənfi münasibətini yaradıb.

Görünür, cənab Babayev DOST TV vasitəsilə həyata keçirilən layihələrdən təbliğat kimi istifadə etməklə özünə qarşı narazılığı aradan qaldırmaq istəyir. Ancaq bəribaşdan demək lazımdır ki, bu ideya effektsiz olacaq. Çünki, ortada taleyin ümidinə buraxılmış yüz minlərlə sadə azərbaycanlının real həyatı var.

Short URL: https://www.cumhuriyyet.net/?p=199698

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31