Yeni qərar qüvvəyə minir – Taksilərin qiyməti artacaq

13.05.2024 - 11:34

Taksi xidməti ilə məşğul olan şirkətlərin balansında olan nəqliyyat vasitələrinin azalması tendensiyası müşahidə olunur. Bu isə özlüyündə təqdim olunan xidmətin müqabilində qiymətlərin artımı ilə nəticələnir. Hətta ölkəmizdə taksi sektorunda yetərincə istifadəçisi olan “Bolt” şirkətində də qiymət artımı artıq baş verib. Belə ki, şirkət taksi xidməti ilə bağlı qiymətlərin 9 faiz artırıldığını elan edib. 

Digər tərəfdən, taksilərlə bağlı qəbul edilmiş yeni qərar da iyuldan etibarən taksilərin sayının kəskin azalacağını göstərən əsas faktorlardan biridir.  Bəs taksilərin sayının məhdudlaşdırılması digər şirkətlərdə də qiymət artımına səbəb ola bilərmi?

Mövzu ilə bağlı Yenisabah.az-a danışan nəqliyyat məsələləri üzrə ekspert İlqar Hüseynli bildirib ki, tələb-təklif prinsipinə uyğun olaraq, taksi avtomobillərinin azalması qiymətlərin artmasına da təsir göstərəcək:  “Taksilərin sayının məhdudlaşdırlması tendensiyası başlayıb. Təkcə “Bolt”da deyil, digər şirkətlərdə də bu azalma müşahidə olunur. Sözsüz ki, ümumi olaraq xidmət göstərən taksilərin sayı azalırsa, nəticə etibarı ilə bu xidmət göstərənlərin sayının da azalması deməkdir. Beləliklə bu da bazarda qiymətə öz təsirini göstərir”.

Ekspertin fikrincə, əvvəllər taksilərin sayının yetərincə çox olması xidmətin daha ucuz təklif olunmasına səbəb olurdu: “Nə qədər rəqabət çox olurdusa, nəqliyyat sayı, ərazi və sifariş olunan yerlərdə taksi sayı çox olardısa, bir o qədər də aşağı qiymət müşahidə olunurdu. Ona görə də, taksi xidməti göstərən şirkətlərdə nəqliyyat vasitələrinin sayının azalması bütün hallarda qiymətin artımına səbəb olur. Bu, təkcə taksi xidmətində deyil, bütün xidmətlərdə özünü göstərən tendensiyadır”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=200328

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

İyun 2024
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930