“Oba”da hər şey köhnədir və çox pis qoxu gəlir – Şikayət

05.06.2024 - 16:26

“Oba” marketdən aldığımız istənilən məhsul ya köhnə olur, ya da paketi açıq olur. marketin havalandırma sistemi olmadığına görə də də satılan hər şeydən, çörəkdən belə pis qoxu gəlir.Tribunainfo.az xəbər verir ki, bu barədə jurnalist Həbibə Abdulla yazıb. O bildirib ki, “Oba”da satılan heç nə alınacaq səviyyədə deyil:

“Məhəlləmizdə təxminən 500 metr radiusda 4 OBA Market var. Hamısında zay məhsullar satılır. O gün olmur ki, aldığımız nəsə ya köhnə, ya açıq paket olmasın. O qədər sıx düzülüblər ki, xırda məhəllə marketləri məcbur olub bağlanıblar, sakinlər OBA-lara üz tutmağa məhkum ediliblər. Ən yaxınımızdakı OBA-da isə bir qoxu var ki, baş çatladır. İş o yerə çatıb, artıq ordan çörək və s. açıq məhsul almırıq, qoxu dadına çökür məhsulların. Paketlərini də gələn kimi açır zibilə atırıq ki, qoxusu evə dağılmasın. Səbəb odur ki, MARKETDƏ HAVALANDIRMA SİSTEMİ YOXDUR! Bir neçə ay əvvəl diqqətlərinə çatdırmışam, amma nəticə də yoxdur. Yazanda, deyirlər bizə inhisarçı deyirsiz, inhisarçılığın buynuzumu olur? Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti isə hələ malalamaqla məşğuldur. Onlara verdiyimiz sorğunu və aldığımız cavabı təqdim edəcəm, özünüz baxıb görəcəksiz necə mahir malaçı olduqlarını…”

Marketin mövqeyini işıqlandırmağa hazırıq.

Short URL: https://www.cumhuriyyet.net/?p=201112

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930