Bakıda ucuz qiymətə mənzillər satılır – Amma alan yoxdur

11.06.2024 - 11:35

Son illər Bakıda və Bakıətrafı qəsəbələrdə mənzil sahibi olmaq əməlli –  başlı müşkülə çevrilib. Qiymətlər vətədaşlar üçün baha olduğundan, əksər insanların şəxsi evə sahib olmaq arzusu gözündə qalıb. Amma Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) tərəfindən inşa olunmuş binalardakı hazır mənzillər isə alıcılara kifayət qədər münasib qiymətlərlə təklif olunur. 

Yenisabah.az məsələnin təfərrüatını araşdırıb. Məlum olub ki, Mənzil İnşaatı Dövlət Agentliyinin Hövsan qəsəbəsində yerləşən birinci və ikinci yaşayış kompleksində satışa çıxarılan mənzillərin qiyməti bazarda təklif olunanlardan olduqca aşağıdır. Belə ki, hazırda birinci kompleksdə 1 otaqlı mənzillər 32 min 725, 2 otaqlı 42 min 415, 3 otaqlılar isə 57 min 120 manata təklif olunur. İkinci yaşayış kompleksində isə studio tipli mənzillər 34 min 085, 2 otaqlı 49 min 028, 3 otaqlı 61 min 897, 4 otaqlılarsa 83 min 895 manata satılır. Hər iki yaşayış kompleksində illik faiz dərəcəsi 4, minimal ilkin ödəniş isə alınan mənzilin qiymətinin 10 faizi dəyərindədir. Ödəniş müddəti isə 3 ildən 30 ilə qədər nəzərdə tutulur.

Bəs görəsən, bu mənzillərə niyə intensiv tələbat yoxdur?

Mövzu ilə bağlı Yenisabah.az-a danışan əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı bildirib ki, bu tip layihələr dövlətin sosial yönümlü layihələrindən olduğu üçün qiymətlər nisbətən aşağı təqdim olunur:  “MİDA-nın satışa çıxardığı mənzillər dövlətin sosial istiqamətdə bazara təqdim etdiyi layihələrdən biridir. Adından da göründüyü kimi, ucuz ev layihəsi adı altında həyata keçirilir. Ən çox xüsusi kateqoriyadan olan insanlar üçün nəzərdə tutulur. Cəmiyyətin çox hissəsi istəsə belə, MİDA-dan mənzil almaq imkanına malik deyil. Çünki həmin kateqoriyaya daxil deyillər. Bu mənada həmin mənzillərin bazar dəyərindən aşağı satışa çıxarılması başadüşüləndir”.

Ekspert mənzillərin ikinci dəfə kütləvi satışa çıxarılmasını isə bir sıra səbəblərlə əlaqələndirib: “Qanunvericilik həmin evlərin 3 il müddətində bazara, dövriyyəyə təqdim olunmasına, alıb-satılmasına icazə vermir. Yalnız 3 il müddət tamam olduqdan sonra, həmin mənzillər satış predimeti ola bilər. Elan saytlarında bu evlərin kütləvi satışa çıxarılmasının isə müxtəlif səbəbləri ola bilər. Ola bilər ki, burada keyfiyyət və digər faktorların rolu olsun. Bəzən isə insanlar belə evləri sadəcə yatırım üçün alırlar və daimi yaşamırlar. Dediyim kimi, bu tendensiyaya səbəb olacaq müxtəlif səbəblər var”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=201254

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

İyul 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
293031