“Xəzər TV”dən sonra “Paşa Bank” da məşhur şirkəti məhkəməyə verdi – Təfərrüat

11.06.2024 - 12:20

Ölkənin aparıcı banklarından biri olan “Paşa bank” ASC uşaq bezlərinin və təmizlik məhsullarının satışı ilə məşğul olan “Vəlioğlu-2018” MMC-yə (VÖEN – 1404335481), “Top Supermarket” MMC-yə (VÖEN – 1102410791) və 5 fiziki şəxsə (Vüsal Əhmədov, Zaur Əkbərov, Gülçöhrə Mustafayeva, Zülfüqar Həsənov və Sənan Babayev) qarşı məhkəmə iddiası qaldırıb.
Yeniavaz.com xəbər verir ki, məhkəmə iddiası Bakı Kommersiya Məhkəməsinin hakimi Kənan Hüseynovun icraatına verilib.
Bildirilir ki, məhkəmə iddiası kredit müqaviləsi üzrə mübahisələrlə bağlı qaldırılıb. Məhkəmə iddiasında 4 şirkətin – “Avromed Company” QSC, “Davudoğlu NN” MMC, “Zeytun Pharmaceuticals” MMC və “Qədiroğlu” MMC-nin adı maraqlı şəxs kimi keçir.
Məlumat üçün bildirək ki, barəsində iddia qaldırılan hər iki şirkətin qanuni təmsilçisi eyni şəxsdir – Əkbərov Vəli Kazım oğlu.
“Vəlioğlu-2018” MMC-nin qeyri qida məhsullarının topdan satışı ilə məşğul olduğu bildirilir. Şirkət Türkiyə istehsalı olan “Predo baby” uşaq bezlərinin, Kanadanın “Green Gate” şirkətinə məxsus “Lexi” təmizlik məhsullarının, İndoneziya istehsalı “Kris” sabunlarının, “Actodermanol” dezinfeksiya məhsulunun Azərbaycandakı rəsmi distribütorudur.
Onu da qeyd edək ki, 10 gün əvvəl “Xəzər TV” də “Vəlioğlu-2018” MMC barəsində məhkəmə iddiası qaldırıb.
Barəsində iddia qaldırılan hər iki şirkətin dövlət büdcəsinə vaxtında ödənilməyən böyük həcmdə vergi borcları da var. 10 gün əvvəl (30 may 2024-cü il tarixinə) dövlət büdcəsinə 932 min 959 min 3 qəpik vergi borcu olan “Vəlioğlu-2018” MMC-nin hazırda (10 iyun 2024-cü il tarixinə) 72 min 746 manat 94 qəpik vergi borcu var. “Top Supermarket”MMC-nin isə dövlət büdcəsinə (10 iyun 2024-cü il tarixinə) 179 min 295 manat 95 qəpik vergi borcunun olduğu bildirilir.

Short URL: https://www.cumhuriyyet.net/?p=201267

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930