Ölkədə hava şəraitinin qeyri-sabit keçməsinin SƏBƏBİ

23.06.2024 - 16:35

“Şimal dənizləri üzərindən Qafqaza və Xəzər dənizi üzərinə sərin hava kütlələrinin daxil olması dəyişkən sinoptik hava şəraitinin yaranmasına səbəb olub”. Bu fikirləri Azərbaycanda və qonşu ölkələrdə hava şəraitinin kəskin dəyişməsinin səbəbləri barədə danışan meteroloq Cavid Hüseynov Yenicag.az-a açıqlamasında deyib.

O bildirib ki, hazırda müşahidə olunan qeyri-sabit hava respublikamızın ərazisinin termobarik şəraiti ilə əlaqədardır: “Şimal dənizləri üzərindən Qafqaza və Xəzər dənizi üzərinə sərin hava kütlələrinin daxil olması dəyişkən sinoptik hava şəraitinin yaranmasına səbəb olub. Bu səbəbdən də yaxın bir neçə gün ərzində ölkə ərazində konvektiv buludluluğun, güclü külək və şimşəklə müşayiət olunan leysan yağıntıların, bəzi ərazilərdə isə dolu hadisəsinin müşahidə olunacağı gözlənilir. Azərbaycanın coğrafi mövqeyi, relyefinin makro və mezoformalarının paylanması xüsusiyyətləri və hipsometrik vəziyyəti, Xəzər dənizinin daha dərin hissələri ilə qonşuluğu, nəhayət, il ərzində bütün istiqamətlərdən müxtəlif fiziki xassəli hava kütlələrinin daxil olması, çox mürəkkəb külək rejiminin yaranmasına səbəb olur. Yayda Qafqaz və Xəzər dənizi üzərində baş verən atmosfer prosesləri, əsasən, qərb və cənub barik mərkəzlərinin təsiri altında və yerli şəraitdə bura daxil olan hava kütlələrinin transformasiyası nəticəsində baş verir”.

Short URL: https://www.cumhuriyyet.net/?p=201657

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31