Çimərliklərdə boğulma hadisələri daha çox hansı ərazilərdə baş verir? – VİDEO

28.06.2024 - 11:16

Çimərlik mövsümünün başlanması ilə dənizə üz tutanların sayı artıb. Xezerxeber.az-ın məlumatına görə, Xəzər dənizindəki batmaların hamısı nəzarət edilməyən ərazilərdə baş verib. Qeyd edilib ki, bölgələrdə, xüsusən də nəzarətsiz, qeyri-çimərlik ərazilərdə boğulma riski daha çoxdur. Fövqəladə Hallar Nazirliyinin (FHN) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin şöbə rəisi Aqşin Əlilinin sözlərinə görə, çimmək üçün riskli hesab edilən ərazilərdə sualtı axınlar normadan artıq olur.

Şöbə rəisi sualtı təhlükələrin çox olduğu əraziləri də açıqlayıb. O qeyd edib ki, Sabunçu rayonu, Şüvəlan, Bilgəh, Nardaran, Novxanı və Goradil qəsəbələrində yerləşən nəzarətsiz çimərliklər təhlükəli ərazi kimi qeydə alınıb və burada baş verən boğulma hadisələrinin sayı çoxdur.

Ətraflı süjetdə:

Short URL: https://www.cumhuriyyet.net/?p=201961

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31