“Günay Bank”da qanun pozuntusu

“Günay Bank”ın filialında 1000 ABŞ dollarından çox vəsaitin bank tərəfindən alışı dayandırılıb.  Cumhuriyyet.net “kommersant.az”a istinadla xəbər verir ki, belə hadisə “Günay Bank”ın Xırdalan şəhərində yerləşən 6 saylı filialında baş verib. Belə ki, bankın filialında xarici valyuta ehtiyatı olduğu halda, bank, 1000 dollardan artıq vəsait almır. Xatırladaq ki, bir müddət öncə Maliyyə Bazarlarına Nəzarət Palatası açıqlama […]

Məşhur şahmatçıların qazancı: Şəhriyar Məmmədyarov nə qədər pul qazanır? – SİYAHI

Dünyanın ən güclü şahmat turnirlərindən biri də “Grand Chess Tour” (“Böyük Şahmat Turniri”) hesab olunur. 2015-ci ildən etibarən keçirilən “Grand Chess Tour” həm də böyük mükafat fondu ilə diqqəti cəlb edir. Bu turnir 3 mərhələdən ibarətdir və buraya Norveçdə keçirilən “Stavanqer turniri”, ABŞ-da keçirilən “Sinkfild Kuboku” və İngiltərədə keçirilən “London turniri” daxildir. “Grand Chess Tour”un […]

Bacısından Şəhriyara dəstək: Onların hamısının sponsoru var…

“Şəhriyarın iştirak etdiyi yarışlarda olan tanınmış şahmatçıların hamısının sponsoru var. O isə mütəmadi olaraq hər bir yarışda iştirak edir ki, dolanışığını təmin etsin”. Cumhuriyyet.net xəbər verir ki, bunu azvision.az-a qrossmeyster Şəhriyar Məmmədyarovun bacısı, Azərbaycanın tanınmış şahmatçısı Zeynəb Məmmədyarova deyib. Xanım şahmatçı bildirib ki, dövlət rəsmi yarışların hamısının ödənişini edir. “İl ərzində 1 və ya 2 […]

Bakıda əməkhaqqılarını ala bilməyən 4 fəhlə intihara cəhd edib- FOTO – VİDEO

“Xətai life” tikinti şirkətinin 4 əməkdaşı intihara cəhd edib. “Report”un hadisə yerində olan əməkdaşının məlumatına görə, fəhlələr şirkətin Süleyman Vəzirov küçəsi-17 ünvanında inşa etdirdiyi yaşayış binasının üst hissəsinə çıxaraq özlərini yerə atacaqlarını bildiriblər. Onlar bu addımı əməkhaqlarının verilməməsi ilə izah edib. Hadisə yerinə gələn Fövqəladə Hallar Nazirliyinin işçiləri intihara cəhd edən şəxsləri bu fikirdən daşındıraraq […]

BMT: Myanma generalları Rohinca soyqırımına görə cavab verməlidir

BMT Myanma generallarını Rohinca əhalisinə qarşı soyqırımda ittiham edib. Cumhuriyyet.net BBC-yə istinadən xəbər verir ki, 6 yüksək hərbi vəzifəli şəxsin Beynəlxalq Cəza Məhkəməsi qarşısında cavab verməsi tələb edilir. Qeyd edək ki, 1 il əvvəl Myanma ordusu tərəfindən təşkil edilən əməliyyatlarda çox sayda Rohinca əhalisi öldürülüb, 1 milyona yaxın insan yaşadıqları yeri tərk etmək məcburiyyətində qalıb.

Prezident İsmayıllı İcra Hakimiyyətinə 3 milyon manat ayırıb

Prezident İlham Əliyev İsmayıllı şəhərində əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına dair tədbirlər haqqında sərəncam imzalayıb. Cumhuriyyet.net xəbər verir ki, sərəncama əsasən, İsmayıllı şəhərində istismar müddəti başa çatmış çoxmənzilli binaların sakinlərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə 48 mənzilli yaşayış binasının tikintisi üçün 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan İsmayıllı Rayon İcra Hakimiyyətinə […]

Balaca gimnast Mina Abbasovanın arzusu çin oldu-FOTO

Balaca gimnast Mina Abbasovadan növbəti qızıl medal Azərbaycanın şərəfinə 25-26 avqust tarixlərində Macarıstanın paytaxtı Budapeşt şəhərində Macarıstan Bədii Gimnastika Federasiyasının təşkilatçılığı ilə XVII ənənəvi Graciya kuboku uğrunda yarışlar təşkil edilmişdir. Yarışlarda ev sahibi Macarıstanla yanaşı, ABS, Kanada, Rusiya, Ukrayna, Azərbaycan, Luksenburq, Xorvatiya, Slovakiya, Misir, Cexiya, Avstriya, İspaniya, İsrail, Rumıniya, Italiya, Malaziya, Gürcüstan, Koreya, Braziliyanın milli […]

Şəhriyar Məmmədyarovun atası: O, kimlərəsə ağız açmaq, yalvarmaq istəmir

Azərbaycanlı şahmatçı Şəhriyar Məmmədyarovun sponsorsuzluqdan gileylənməsi barədə xəbər vermişdik. Oxu.Az bu məsələ ilə bağlı qrossmeysterin atası Həmid Məmmədyarovla əlaqə saxlayıb. O da biznesmenlərin Azərbaycanı xaricdə layiqincə təmsil edən şahmatçımıza qarşı biganəliyindən danışıb: “Turnirlərə gedəndə çox xərci özü çəkir. Özü kimlərəsə ağız açmaq, yalvarmaq istəmir. Vətənpərvər bir insan tapılmır ki, onun xərclərini öz üzərinə götürsün. Ümumi götürdükdə, onunla yarışan […]

Şəhriyar Məmmədyarov sponsorsuzluqdan gileyləndi: “Turnirlərə son qoyacam…”

Maqnus Karlsenlə 5 saatlıq dueldən sonra böyük turnirlərdə pula görə çıxış etməsindən şikayətlənən tanınmış şahmatçı Şəhriyar Məmmədyarov sosial şəbəkə profilində bununla bağlı status paylaşıb: Cumhuriyyet.net həmin statusu olduğu kimi təqdim edir: “Yorğunluqdan indicə yuxudan durdum. Burada gecə saat 01:47-dir. Bu gün Maqnus Karlsenlə 5 saatdan çox oynadım və açığı çox çətin mübarizə oldu. Debütdən böyük üstünlüyüm […]

Bakıda klassik avtomobillərin yürüşü oldu (VİDEO)

Avqustun 26-da Bakıda Azərbaycan Avtomobil Federasiyasının təşkilatçılığı ilə klassik avtomobillərin yürüşü keçirilib. Heydər Əliyev Mərkəzinin qarşısından start götürən yürüşdə 1980-ci ilədək istehsal olunmuş 100-dən çox avtomobil iştirak edib. Onların əksəriyyəti yürüş üçün qeydiyyatdan keçmiş şəxsi avtomobillər olub. Tədbirdə Heydər Əliyev Mərkəzində nümayiş etdirilən klassik avtomobil sərgisinin eksponatları sırasında olan nəqliyyat vasitələri də iştirak edib. Azərbaycan […]

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Avqust 2018
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031