“Azərbaycan hərbçilərinin Zəfər Bayramı tədbirlərində iştirakı arzuedilən olardı”

Seymur Əliyev: “Hərbi paradlarda qarşılıqlı iştirakın ənənə halına salınmasında fayda var” İki gündən sonra – 30 avqust tarixində qardaş Türkiyə Cümhuriyyətində Zəfər Bayramı qeyd olunacaq. Xatırladaq ki, məhz bu tarixdə Böyük Mustafa Kamal Atatürkün rəhbərliyi altında türk ordusunun irimiqyaslı hücum əməliyyatı zəfərlə sonuclanıb, düşmən qoşunları üzərində qəti qələbə əldə edib. Siyasi yazar Seymur Əliyev qarşıdakı […]

“Felicita”nın ifaçısı Bakıya gəlir

“Felicita” mahnısının ifaçısı kimi tanınan italyan müğənnisi, aktyor Al Bano Karrizi Azərbaycana gəlir. Cumhuriyyet.net qafqazinfo-ya istinadən xəbər verir ki, 75 yaşlı sənətçi Bakıda cüdo üzrə dünya çempionatının açılış mərasimində çıxış edəcək. Qeyd edək ki, bu günə qədər Al Bano dünyada 165 milyon albom satıb. O, 2001-ci ildən Birləşmiş Millətlər Təşkilatının xoşməramlı səfiridir.

Lerikdə gənclər niyə boğuldular? – VERSİYALAR

Bir neçə saat əvvəl Lerik rayonunun “Hacı şəlaləsi”ndə iki azərbaycanlı oğlanın batması ilə bağlı dəhşətli kadrlar yayılıb. Oxu.Az-ın məlumatına görə, videodan görünür ki, fiziki hazırlıqlı gənc suya atılır və tez-tez üzməyə başlayır. Ancaq bu, onda alınmır. Əlləri ilə hərəkət edən oğlan yalnız 1-2 metr üzməyə nail olur. Oğlan bütün gücü ilə yerdən özünü itələməyə çalışır […]

Yeni icra başçısı İbrahim Mustafayev kimdir?

Xəbər verdiyimiz kimi Azərbaycan prezidenti İlham Əliyevin sərəncamı ilə İbrahim Ənvər oğlu Mustafayev Gədəbəy rayonunun icra başçısı təyin olunub. Cumhuriyyet.net xəbər verir ki, o, daha öncə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının məsul işçisi vəzifəsində çalışıb.

Ramil Usubov bu rayona yeni rəis TƏYİN ETDİ

Goranboy Rayon Polis Şöbəsinə yeni rəis təyin olunub Cumhuriyyet.net report-a istinadən xəbər verir ki, daxili işlər naziri, general-polkovnik Ramil Usubovun əmri ilə polis polkovnik-leytenantı Qədirov Ramin Əhmədağa oğlu Goranboy Rayon Polis Şöbəsinin rəisi vəzifəsinə təyin edilib. R.Qədirov bu təyinata kimi Qəbələ Rayon Polis Şöbəsinin əməliyyat işləri üzrə müavini vəzifəsində çalışıb. Qeyd edək ki, bir neçə […]

Elmar Vəliyev işdən niyə çıxarıldı? – Səbəb

Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan prezidenti İlham Əliyevin sərəncamı ilə Gəncə icra başçısı Elmar Vəliyev vəzifəsindən azad olunub, ölkə başçısının digər sərəncamı ilə onun yerinə Niyazi Bayramov təyin olunub. Bu arada qeyd edək ki, N. Bayramov bundan əvvəl Mingəçevir Şəhər İcra hakimiyyətinin başçısı vəzifəsini tuturdu. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Gəncədəki bəlli hadisələrdən sonra […]

İcra başçısı təyin olunan Vaqif Həsənov kimdir?

Xəbər verdiyimiz kimi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Vaqif Bəhram oğlu Həsənovun Ağdam Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi ilə bağlı sərəncam imzalayıb.  Cumhuriyyet.net xəbər verir ki, Vaqif Bəhram oğlu Həsənov daha öncə Xəzər rayon İcra Hakimiyyəti başçısının birinci müavini vəzifəsində çalışıb.

Gəncəyə yeni icra başçısı təyin olundu

Prezident İlham Əliyev Niyazi Bayramovun Gəncə şəhərinin icra başçısı təyin olunması haqqında sərəncam imzalayıb. Cumhuriyyet.net xəbər verir ki, dövlət başçısının sərəncamına əsasən bu vəzifəyə gətirilən Niyazi Müzəffər oğlu Bayramov əvvəllər Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı çalışıb.

Elmar Vəliyev Gəncənin icra başçısı vəzifəsindən azad edildi

Elmar Rüstəm oğlu Vəliyev Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. Cumhuriyyet.net-in xəbərinə görə, bu barədə müvafiq sərəncamı Azərbaycan prezidenti İlham Əliyev imzalayıb.

Ağdam və Gədəbəyə yeni icra başçıları TƏYİNATI

Prezident İlham Əliyev Vaqif Həsənovun Ağdam Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında sərəncam imzalayıb. Cumhuriyyet.net xəbər verir ki, sərəncamda qeyd olunur ki, Vaqif Bəhram oğlu Həsənov Ağdam Rayon İcra Hakimiyyətinin başçısı təyin edilsin. Bundan başqa, Prezident İlham Əliyev İbrahim Ənvər oğlu Mustafayevi Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı təyin edib.

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Avqust 2018
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031