Jerar Depardye Şimali Koreyaya gedib – VİDEO

Jurnalistlər məşhur fransız kinoaktyoru Jerar Depardyeni bu gün Şimali Koreyanın paytaxtı Pxenyanda otellərin birində görüblər. Bu barədə “Report” “France24”ə istinadən xəbər verir. Bəzi ehtimallara görə, J.Depardye Koreya Xalq Demokratik Respublikasının 70 illiyi münasibətilə keçirilən tədbirlərdə iştirak etmək üçün bu ölkəyə gəlib.

Məşhur repçinin meyiti tapıldı

Musiqi dünyasında Mak Miller kimi tanınan və əsl adı Malkolm Ceyms MakKormik olan məşhur repçinin meyiti evindən tapılıb. “Ölkə.Az” xəbər verir ki, repçi həddən artıq narkotik maddə qəbul etdiyi üçün ölüb. 26 yaşlı repçi 2010-cu ildə “Rostrum Records” ilə müqavilə bağlayıb və 2011-ci ildə ilk albomunu çıxarıb. Albom qısa müddət ərzində ABŞ-da reytinq siyahılarına düşüb. […]

Fərhad Əliyevdən XƏBƏR VAR – Yaxınlarına görəv verdi

Sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyev sahibi olduğu və Sumqayıt Kimya Sənaye Parkının rezidenti olan “Alco” Məhdud Məsuliyyətli Cəmiyyətinə direktor təyin edib. Unikal.org-un əldə etdiyi məlumata görə, F. Əliyev həmin müəssisəyə bir vaxtlar onun köməkçisi vəzifəsində çalışmış Elşad Abbasovu direktor təyin edib. Sabiq nazirin yaxın qohumu olan Əlibala Əliyev isə direktor müavini olub. Qeyd edək […]

Ramil Quliyev qitələrarası dünya çempionatında iştirak edəcək

Bu gün azərbaycanlı atlet Ramil Quliyev Çexiyanın Ostrava şəhərində keçiriləcək qitələrarası dünya çempionatında iştirak edəcək. “Report” xəbər verir ki, 200 metr məsafəyə qaçışda Türkiyə millisinin heyətində dünya və Avropa çempionu olan 28 yaşlı idmançı Avropa qitəsinin heyətində yer alacaq. Qeyd edək ki, Beynəlxalq Yüngül Atletika Federasiyaları Assosiasiyasının (IAAF) təşkil etdiyi yarışda qitələr mübarizə aparacaq. Qitələrarası […]

“Təcili yardım monopoliyaya alınıb” – Sabiq deputat

Sabiq deputat, “LoğMed” klinikasının sahibi Nazim Bəydəmirli kiçik klinikaların bəzi problemlərindən danışıb. Cebhe.info-nun xəbərinə görə, o, bildirib ki, bu tip tibb ocaqlarında stasionar şöbələrə lissenziyanın verilməməsi klinikaların fəaliyyətində poblemlərin yaranmasına səbəb olur: “Bizim kimi balaca klinikaların əksəriyyətinə monopoliya səbəbindən stasionar şöbələrə lisenziyalar verilmədiyindən, klinika adlansaq da, əslində poliklinika, diaqnostika mərkəzi kimi fəaliyyət göstərməyə məhkum olmuşuq […]

Azərbaycanda sərinləşdirici içkilər niyə plastik qablarda satılır?

Ekoloji cəhətdən təmiz olmaqla yanaşı, sağlamlığa zərərli olmayan şüşə qablaşdırmalar ölkəmizdə olduqca az istifadə edilir. “Azerbaijan Coca-Cola Bottlers” şirkətinin baş direktoru Erdinc Güzel məsələ ilə əlaqədar Trend-ə açıqlmasında deyib ki, buna səbəb lazımi şüşə qabların ölkədə standartlara uyğun istehsalının olmamasıdır. Baş direktor qeyd edib ki, şirkət bir müddət məhsullarını şüşə qablarda satışa çıxarsa da, sonradan […]

Azərbaycanda maye qaz bahalaşdı

Azərbaycanda maye qazın qiyməti bahalaşıb. Minval.İnfo xəbər verir ki, söhbət avtomobillər üçün istifadə olunan maye qazdan gedir. Belə ki, propan qazının (LPG) bir litrinin qiyməti 40 qəpikdən 45 qəpiyə qalxıb. Qiymət artımı bütün yanacaqdoldurma məntəqələrində müşahidə olunur.

Şəhid adına hörmətsizlik – məktəb, yoxsa xəstəxana? – VİDEO-REPORTAJ

Tovuz rayonu, Alakol kəndinin məktəbliləri hərbi tibb məntəqəsində təhsil alırlar. “Kommersant.az”ın məlumatına görə, buna səbəb 2016-cı il, mayın 2-də şəhid Nurəddin Sadıqov adına tam orta məktəbin binasında baş verən yanğın olub. Həmin ilin 4 mayından etibarən yanaraq yararsız hala düşən məktəbin şagirdləri təhsillərini kəndin tibb məntəqəsində davam etdirməyə başlayıblar. Rayon təhsil şöbəsinin müdir müavini Murğuz […]

Qurban Qurbanov: “Mən qorxmuram, faktları deyirəm”

“Ağır oyun oldu. Bunu gözləyirdik. Rəqibin fərdi ustalıqlı oyunçuları var idi. İlk yarıda hər iki komanda ehtiyatlı idi, fasilədən sonra daha maraqlı oldu. Futbolçularımın nizam-intizamlarından razı qaldım”. “Report” xəbər verir ki, bunu Azərbaycan yığmasının baş məşqçisi Qurban Qurbanov Bakıda Kosovo ilə qolsuz heç-heçə etdikləri UEFA Millətlər Liqasının ilk tur matçından sonra mətbuat konfransında deyib. Mütəxəssis daha […]

Tanınmış jurnalist Real TV-dən ayrıldı

Tanınmış teleaparıcı Eldəniz Vəliyev Real TV-dən ayrılıb. Qaynarinfo xəbər verir ki, bu barədə o, sosial şəbəkədə məlumat yayıb. Eldəniz Vəliyev işdən ayrılması səbəbini açıqlamayıb.

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Sentyabr 2018
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930