Sumqayıtda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin vəzifəli əməkdaşları həbs edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin vəzifəli əməkdaşları həbs edilib. Cumhuriyyet.net xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Baş Prokurorluğun mətbuat xidmətlərinin yaydığı birgə açıqlamada bildirilib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər şöbəsinin vəzifəli şəxslərinin yaşa görə müavinətlərin təyini üçün vətəndaşlardan rüşvət tələb […]

“Nar” yarım ilin hesabatını və yenilənmiş brendini təqdim etdi

“Nar” 2018-ci il üçün yarımilin nəticələrini açıqlayıb. Nəticələrə əsasən, mobil operator bu dövr ərzində bir çox  göstəriciləri əhəmiyyətli dərəcədə artırmağa nail olub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə “Nar”-ın aktiv abunəçi bazası 6% artaraq, 2,1 milyon nəfərə çatıb. Abunəçi bazasının 56%-i paytaxt Bakının, 44%-i isə regionların payına düşür. Şəbəkə infrastrukturunun genişləndirilməsinə xüsusi önəm verən “Nar” […]

“Bağdad gözəli-2015” İraqda qətlə yetirilib

İraq paytaxtında “Bağdad gözəli-2015″in qalibi olmuş Taru Faresi güllələyiblər. Trend-in məlumatına görə, qətl faktını İraq DİN təsdiqləyib. Məlumata görə, Ərbildə yaşayan 30 yaşlı model öz avtomobilində qətlə yetirilib. Atılan iki güllədən birinin mərhumun başına, digərinin ürəyinə dəydiyi bildirilir. Qeyd edək ki, o, dəbli brendlərdən birinin siması olduqdan sonra onun haqqında İraq ictimaiyyətində narazılıqlar yaranmışdı.

Uşaq bağçaları rüşvət yuxalarına çevrilib… – GİLEY

GundemXeber.Az bildirir ki, son zamanlar sanki bağça müdirləri arasında “rüşvət yığma yarışı” start götürüb və təəssüflər olsun ki, bu hal əksər uşaq bağçalarında hökm sürməkdədir. Redaksiyamıza daxil olan şikayətlərdən belə aydın olur ki, “pulyığma yarışında” ən çox canfəşanlıq edənlərdən biri də 184 saylı usaq bağçasının müdirəsi Vəliyeva Sevda Dadaş qızıdır. Verilən məlumatlarda o da vurğulanır […]

Kremlin Skripalları zəhərləyənin əsl adının açıqlanmasına reaksiyası

Rusiya prezidenti Vladimir Putində olan məlumata görə, Londonun Skripalları zəhərləməkdə şübhəli bildiyi Ruslan Boşirov mülki şəxsdir. Oxu.Az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib:  “Bildiyimə görə, bu, qeyri-rəsmi araşdırmadır. Biz onun nə dərəcədə həqiqətə uyğun olduğunu bilmirik”. R. Boşirovun (Anatoli Çepiqa) Rusiya qəhrəmanı olub-olmadığına gəldikdə isə D. Peskov bu barədə məlumatsız […]

Nazirliklərin ali məktəb biznesi: – Diplom verir, iş vermir

Ali təhsil müəssisələrinə qəbul zamanı abituriyentlərlə bərabər valideynləri də düşündürən ilk məsələ onların işlə təmin olunmasıdır. Məlumat üçün bildirək ki, Azərbaycanda 1991-ci ilə qədər cəmi 17 ali təhsil müəssisəsi var idisə, bu gün onların sayı 54-dür. Bu ali məktəblərdə 170 minə yaxın tələbə təhsil alır. Təəssüf ki, Azərbaycanda fəaliyyət göstərən universitetlərin heç biri məzununa iş […]

Qazaxıstanın beynəlxalq ehtiyatları 87,3 milyard dollar olub

Qazaxıstanın Milli Bankı ölkənin beynəlxalq ehtiyatlarının 87,3 milyard dollar olduğunu bildirdi. Milli.Az TRT-yə istinadən bildirir ki, Qazaxıstan Milli Bankının bəyanatına görə, bankın valyuta miqdarı (56,5 milyard dollar) daxil ölkənin beynəlxalq ehtiyatlarının avqust ayında 87,3 milyard dollar olub.  Bəyanatda avqust ayında inflyasiyanın 0,2 faiz və ilin əvvəlindən biridir 2,9 faiz, illik inflyasiyanın isə 6 faiz səviyyəsində olduğu və […]

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Sentyabr 2018
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930