Musiqili Teatrdan uşaqlar üçün maraqlı repertuar – FOTO

Hər zaman öz repertuarında uşaq tamaşalarına xüsusi yer verən Musiqili Teatr payız tətili günlərində balaca teatr həvəskarlarını sevindirməkdə davam edir. Teatrın kollektivi həmişə olduğu kimi, bu dəfə də onların tətil vaxtlarının şən və əyləncəli keçməsini nəzərə alıb. Artıq dünəndən başlayaraq “Yağış göbələyinin macərası” (R.Şəfəq,V.Zimin) tamaşası teatrın səhnəsində 3 dəfə göstərilib və uşaqlar tərəfindən alqışlarla qarşılanıb. […]

Sumqayıtda fəhlə hündürlükdən yıxılaraq ölüb

Sumqayıt şəhərində istehsalat zamanı bədbəxt hadisə baş verib. “Report”un Sumqayıt-Abşeron bürosunun məlumatına görə, Bakının 1991-ci il təvəllüdlü Yasamal rayon sakini Quluzadə Fərhad Mətləb oğlu STP (Sumqayıt Texnologiyalar Parkı) ərazisində işlədiyi zavodların birində hündürlükdən yıxılaraq ölüb. Hadisə ehtiyatsızlıqdan baş verib. Gəncin meyiti aidiyyəti üzrə təhvil verilib. Faktla bağlı araşdırma aparılır. Bundan əvvəl Mingəçevirdə yelləncəkdə boğazına kəndir […]

Deputat: “Enerji içkiləri cəmiyyətimizdə bir bəlaya çevrilib”

Azərbaycanda enerji içkiləri ilə bağlı artıq ciddi addımlar atılmalıdır. İlk növbədə də bu içkilərə nəhayət, aksiz dərəcələri tətbiq olunmalıdır. Çünki bu içkilər artıq cəmiyyətimizdə bir bəlaya çevrilib. Oxu.Az-ın xəbərinə görə, bunu Milli Məclisin (MM) Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev parlament komitəsinin iclasında deyib. O, qeyd edib ki, artıq cəmiyyətdə gənclər, yeniyetmələr, azyaşlılar bu növ […]

Bu gün Farer adalarına qalib gəlməsək – millinin sınağı…

Ümid edək ki, Qurban Qurbanovun baş məşqçiliyi altında keçirdiyi rəsmi görüşlərdə uduzmayan millimiz son iki oyunda azarkeşləri qələbə ilə sevindirəcək… Bu gün – noyabrın 17-də Azərbaycan milli komandası Millətlər Liqasında beşinci oyununa çıxacaq. Rəqib ötən ay öz meydanlarında 0:3 hesabı ilə qalib gəldiyimiz Farer adalarıdır. Bakı Olimpiya Stadionunda keçiriləcək oyun saat 21:00-da başlanacaq. Matçı Kiprdən […]

Nazir müavini: “Qollarından tutub saxlamayacağıq ki…”

Xəbər verildiyi kimi, Norveç Krallığı gələn ildən Bakıdakı səfirliyini bağlayacağını bəyan edib. Lakin bu addımın səbəblərini açıqlamayıb. Norveçin Xarici İşlər Nazirliyi Azərbaycandakı səfirliyinin bağlanacağını elan edərkən bildirib ki, Azərbaycanla əlaqələrinə bu ölkənin Ankaradakı səfirliyi məsul olacaq. Norveç Azərbaycanda fəxri konsulluq saxlamaq niyyətindədir. Norveç hökuməti Gürcüstan paytaxtı Tbilisidə səfirliyin açılacağını bildirib. Norveç Avropanın nüfuzlu dövlətlərindən biridir. […]

Meydan hərəkatının 30 ili: Milli Dirçəliş Günü qeyd olunur…

Noyabrın 17-də Azərbaycanda Milli Dirçəliş Günü qeyd olunur. 1988-ci ilin ilk günlərində Ermənistanın Azərbaycana qarşı açıq təcavüzü başlandı. Moskvanın, xüsusən də SSRİ-nin rəhbəri Mixail Qorbaçovun buna biganə münasibətini görən ermənilər planlı şəkildə, Ermənistan hökumətinin tapşırığı və göstərişi ilə Ermənistanda yaşayan 200 mindən çox azərbaycanlını öz ata-baba yurdlarından kütləvi surətdə qovdular. Ermənilər azərbaycanlıları təkcə öz ev-eşiklərindən […]

Ekspert: “Nərgiz Paşayeva real namizəddir”

  Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə Bakı Dövlət Universitetin rektoru Abel Məhərrəmov vəzifəsindən azad edilib. Abel Məhərrəmovun işdən çıxarılması böyük səs-küyə səbəb olub. Hazırda onun yerinə kimin təyin ediləcəyi ilə bağlı müzakirələr aparılır.  Bununla bağlı BiG.AZ -a açıqlama verən təhsil ekperti Kamran Əsədov bildirib ki, yaxın günlərdə BDU – ya təyinat olacaq: “Mən Bakı […]

BDU-nun bufeti də bağlandı

  Bakı Dövlət Universitetinin bufeti bağlanıb. Bu barədə Axar.az-a məlumat verən tələbələrdən birinin sözlərinə görə, onlara konkret səbəb izah olunmayıb. Bufetə yaxınlaşan tələbələr yemək almaq istəsələr də, qapalı olduğunu görüblər. Onlara bildirilib ki, bufetdə yoxlama aparılır və müvəqqəti bağlanıb. Yoxlamaların BDU-nun rektor vəzifəsindən azad edilən Abel Məhərrəmovla əlaqədar olub-olmadığı bilinmir.

Tramp Heylini vitse-prezident edir

Nikki Heyli ABŞ-ın yeni vitse-prezidenti ola bilər. Axar.az xəbər verir ki, bu iddia ilə “Nyu York Tayms” qəzeti çıxış edib. Bildirilib ki, o, ABŞ Prezidenti Donald Trampın qızı İvanka Tramp və həyat yoldaşı Cared Kuşnerə yaxınlığı ilə seçilir. “Hökumət Heyli vasitəsilə ondan üz çevirən seçiciləri öz yanına cəlb etməyə çalışır” – qəzet yazıb. Qeyd edək ki, […]

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Noyabr 2018
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
2627282930