Azərbaycan klubu “Benfika” ilə eyni qrupda

Bu gün İsveçrənin Nyon şəhərində, UEFA-nın mənzil-qərargahında futzal üzrə Çempionlar Liqasının 2019-2020-ci il mövsümünün ilkin və əsas mərhələsinin püşkü atılıb. “Qafqazinfo” xəbər verir ki, püşkün nəticəsinə əsasən, mübarizəyə əsas mərhələdən başlayacaq turnirdəki təmsilçimiz “Araz” “Benfika” (Portuqaliya), “Halle Gooik” (Belçika) və “Xerson” (Ukrayna) komandaları ilə 2-ci qrupda mübarizə aparacaq. Bu qrupun oyunları oktyabrın 8-dən 13-dək Belçikada […]

Prezident yeni qurum yaratdı – Fərman

Prezident İlham Əliyev Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya”nın yaradılması haqqında Fərman imzalayıb. Fərmanda Azərbaycan Nazirlər Kabinetinə tapşırılır ki, əmək bazarı və sosial müdafiə sahələrində mövcud vəziyyətin qiymətləndirilməsini, inkişaf meyillərinin öyrənilməsini və monitorinqləri həyata keçirən, bu sahələrdə səmərəli idarəetmə qərarlarının qəbul edilməsi məqsədilə təhlil və […]

69 yaşlı müğənni beşinci dəfə evləndi – Fotolar

Bir müddətdir nişanlı olan amerikalı müğənni Ketrin Makfi (35 yaş) ilə kanadalı sənətçi Devid Foster (69 yaş) ailə həyatı qurub. “Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, toy Londonda baş tutub.   Ketrin toyuna dünyaca məşhur dizayner Zac Posen imzalı gəlin paltarında qatılıb. Bununla da, ifaçı ikinci dəfə ərə gedib. Onun ilk evliliyi Nik Kokasla olub […]

İran bu müğənnini deportasiya etdi

İngiltərənin məşhur R&B ifaçısı Coss Stoun İrana buraxılmayıb. “Qafqazinfo” xəbər verir ki, bu barədə o, instaqram səhifəsində məlumat verib. Sənətçi bildirib ki, istirahət üçün Basra körfəzində yerləşən Qış adasına getmək istəyib. Lakin hava limanında onun ölkəyə girişinə icazə verməyiblər.  “Ölkədə qadağa olduğu üçün xalq konsertləri keçirilmir və biz bunun fərqindəyik. Şəxsən bir ölkənin həbsxanasında qalmağa […]

Putin İtaliyaya getdi

Rusiya Prezidenti Vladimir Putin İtaliyada rəsmi səfərdədir. “Qafqazinfo”nun “Komsomolskaya pravda”ya istinadən verdiyi xəbərə görə, o, burada italyan həmkarı SercioMatarella və Roma Papası II Fransisklə görüşəcək. Görüşlərdə iki ölkə arasında münasibətlər də daxil olmaqla Suriya və Ukraynanın cənub-şərqindəki vəziyyət də müzakirə olunacaq.

Bakıda “moyka”da yanğın oldu

Həzi Aslanov metrosunun yanında maşın yuyulan sexdə yanğın baş verib. “Qafqazinfo”nun məlumatına görə, ilkin olaraq sexdə maşın təkərlərindən biri yanıb. Daha sonra yanğın böyüyərək sexə keçib. Hadisə yerinə 3 yanğınsöndürən maşın cəlb olunub. Alovun digər obyektlərə keçməsinin qarşısı alınıb. Yanğınla əlaqədar müvəqqəti olaraq avtomobillərin hərəkəti məhdudlaşdırılıb. Emin Səfərov

“Nar” gənc şahmatçılara dəstək olur

Uşaqların məntiqi təfəkkürünün inkişafına töhfə vermək məqsədilə, “Nar”, 2-10 iyul tarixlərində Bakıda baş tutan Şahmat üzrə Bakı yay festivalı çərçivəsində keçiriləcək uşaq turnirinə dəstək olur. Qeyd edək ki, uşaq turnirinə 74 şahmatçı qeydiyyata alınıb. 7 tur isveçrə sistemi üzrə yarışın nəticələrinə görə qaliblər həm pul mükafatı, həm də “Nar”-dan xüsusi mükafatlar qazanacaqlar. Savash.org xəbər verir […]

Əli Əhmədov növbədənkənar seçki ehtimalı haqda “SƏBƏB YOXDUR…”

“Azərbaycanda Milli Məclisə növbədənkənar seçkilərin keçirilməsi ilə bağlı şayiələrin səbəbini bilmirəm. Ola bilsin ki, jurnalistlər bu informasiya ilə oxucularının sayını artırmaq istəyirlər. Ölkədə növbədənkənar parlament seçkilərinin keçirilməsi üçün hər hansı səbəb yoxdur”. Bu fikirləri Baş Nazirin müavini, hakim Yeni Azərbaycan Partiyası (YAP) sədrinin müavini-icra katibi Əli Əhmədov deyib. O xatırladıb ki, bu ilin dekabrında növbəti […]

Ölüm xəbəri yayılan Musa Yaqub: “Sağ-salamatam” – YENİLƏNİB

Xalq şairi Musa Yaqubun vəfatı ilə bağlı yayılan xəbərlər yanlışdır. Şairlə əlaqə saxladıq. Telefonuna özü cavab verdi. O, “Hər şey yaxşıdır. İsmayıllıda Buynuz kəndindəyəm. Sizi də dəvət edirəm” sözlərini dedi. Milli.Az xəbər verir ki, Musa Yaqubun gəlini də yenicag.az-a açıqlamasında bildirib ki, belə xəbərləri yaymaq lazım deyil. “Hər şey yaxşıdır, hər şey qaydasındadır. Belə xəbərlər yaymasınlar. […]

Qazaxıstanda Ermənistan nömrələri daşıyan avtomobillərin hərəkəti məhdudlaşdırılacaq

Konkret.az Qazaxıstan mediasına istinadla xəbər verir ki, daxili işlər naziri Yerlan Turqumbayev ölkədə erməni, qırğız və rus nömrələrlə sürülməsinə icazə verilən avtomobillərin müvəqqəti qeydiyyata alınması planlarından danışıb. Nazir deyib: “Ermənistan, Qırğızıstan və Rusiya qeydiyyatında olan maşınlarla bağlı bir çox şikayətlər var”. Yol hərəkəti qaydaları pozanlar arasında bu avtomobil sahiblərinin sayı daha çoxdur. Onun sözlərinə görə, […]

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

İyul 2019
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
293031