Bu gün “Qarabağ” Çempionlar Liqasında (ÇL) mübarizəyə başlayır. “Report” xəbər verir ki, ardıcıl 6 mövsümdür Azərbaycan Premyer Liqasının qalibi olan Ağdam təmsilçisi I təsnifat mərhələsinin Albaniyada keçiriləcək ilk oyunu çərçivəsində “Parizani” ilə qarşılaşacaq. Paytaxt Tiranadakı Selman Stermasi adına stadionda Bakı vaxtı ilə saat 19:30-da başlayacaq matç “CBC Sport” telekanalı vasitəsi ilə canlı yayımlanacaq. Qurban […]
Azərbaycanın İlk Mobil Operatoru və Ən Sürətli Mobil İnternet Provayderi Bakcell şirkətinin ofisində “Dərs Evi” tədris mərkəzinin keçirdiyi “Yaaay!” proqramının iştirakçıları ilə görüş keçirilib. Proqramda iştirak edən məktəblilər Bakcell şirkətinin Əlaqə Mərkəzinə səfər edib, 7×24 rejimində fəaliyyət göstərən mərkəzin iş prinsipi ilə tanış olub, operatorların abunəçilərlə danışığını izləyib, abunəçilərlə ünsiyyət qaydaları barədə məlumatlandırılıblar. Əlaqə Mərkəzinin […]
İyl 10 2019 | Posted in
Cəmiyyət,
ÖLKƏ |
Read More »
Baş nazirin birinci müavini Yaqub Eyyubovun oğlu Orxan Eyyubovun biznesi Avropadan okeanın o tayına – Kanadaya qədər uzanır. Avropada daşınmaz əmlak biznesi ilə məşğul olan cənab Eyyubov Kanadada əsasən səhiyyə biznesi ilə məşğul olur və bu ölkədə klinikaları var. Qaynarinfo xəbər verir ki, jurnalist Cavanşir Həsənli Kanada hökumətinə aid saytda (https://opengovca.com/corporation/8989613) şirkətlərlə bağlı bölümdə Orxan […]
İyl 10 2019 | Posted in
Günün Xəbəri,
ÖLKƏ |
Read More »
Azərbaycan banklarının əksəriyyəti 500 avroluq pul nişanının qəbuluna bir faizlik komissiya haqqı müəyyənləşdirib. Qaynarinfo xəbər verir ki, bu barədə iqtisadçı ekspert Vüqar Bayramov məlumat verib. V.Bayramov qeyd edib ki, bank xərclərinin azaldılmasının müzakirə edilməsinə baxmayaraq, hələ də əksər banklarımız xərc artırmağı hədəfləyiblər: “Azərbaycan banklarlarının əksəriyyəti 500 avroluq pul nişanının qəbuluna bir faizlik komissiya haqqı müəyyənləşdirib. […]
İyl 10 2019 | Posted in
Cəmiyyət,
Önəmli |
Read More »
Azərbaycan Prezidenti İlham Əliyev iyulun 10-da Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi – Rusiya Müdafiə nazirinin birinci müavini ilə NATO Müttəfiq Qüvvələrinin Avropadakı Ali Komandanı arasında keçirilən görüşdə iştirak etmək üçün Bakıda səfərdə olan Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi və Rusiya Müdafiə nazirinin birinci müavini Valeri Gerasimovun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. “Qafqazinfo” […]
İyl 10 2019 | Posted in
Günün Xəbəri |
Read More »
2019-cu ilin 6 ayı ərzində paytaxtda baş verən 244 yol-nəqliyyat hadisəsində 77 nəfər ölüb. “Qafqazinfo” xəbər verir ki, bu statistika bu gün Bakı Şəhər Baş Polis İdarəsində keçirilən geniş əməliyyat müşavirəsində açıqlanıb. Qeyd edilib ki, sözügedən qəzalarda 216 şəxs müxtəlif dərəcəli xəsarət alıb. 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə yol-nəqliyyat hadisələrinin sayı 17,6 faiz, ölənlərin […]
İyl 10 2019 | Posted in
Olay,
ÖLKƏ |
Read More »
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva iyulun 10-da görüş keçirib. “Qafqazinfo” xəbər verir ki, o, Fransa Sahibkarlar Təşkilatı-MEDEF Biznes Şurasının prezidenti Jofrua Ru de Beziö ilə görüşüb.
İyl 10 2019 | Posted in
Son Xəbər |
Read More »
İspaniya Milli Məhkəməsi “Barselona”nın müdafiçisi Xerard Pikeni cərimələyib. “Qafqazinfo” xəbər verir ki, təcrübəli futbolçu 2008,2009,2010-cu illərdə imic gəlirlərinə görə vergi ödəmədiyi üçün cərimə olunub. 32 yaşlı oyunçu 2,3 milyon dollar cərimə ödəyəcək.
Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vüqar Hüseynov soğanın qiymətinin ucuzlaşmasının səbəbini yazıb. “Qafqazinfo” xəbər verir ki, o qeyd edib ki, havaların isti keçməsi Bərdədə sahələrdən soğanın yığımına mənfi təsir göstərmişdi: “Fermerlərin dili ilə desək, kəskin istilər həm soğanı “bişirir”, həm də yığım üçün sərf olunan iş saatını azaldır. Hər iki amil qısa müddət də […]
İctimai iaşə müəssisələrində verilən sərinləşdirici içkilərdən zəhərlənməmək üçün onların rənginə diqqət etmək lazımdır. Bu barədə Oxu.Az-a Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun Keyfiyyətə nəzarət şöbəsinin müdiri Aysel Cəlilova bildirib. O qeyd edib ki, insanlar yalnız restoranlarda deyil, marketlərdə də diqqətli olmalıdırlar: “İlk növbədə, müştəri məhsulu alan zaman onun vizual görünüşünə baxmalıdır. Qablaşdırmada hər hansı şişmə halı varsa, […]
İyl 10 2019 | Posted in
Cəmiyyət,
ÖLKƏ |
Read More »