Ulduz futbolçudan daha bir nümunəvi addım

“Arsenal” futbol klubunun almaniyalı oyunçusu Məsut Özil daha bir addımı ilə gündəmə gəlib. Oxu.Az xəbər verir ki, türk əsilli M.Özil tanzaniyalı xəstə uşaqların əməliyyat xərclərini öz üzərinə götürüb. Qeyd edək ki, türk model və aktrisa Aminə Gülşə ilə iyunun 7-də evlənən M.Özil toydan sonra kasıb və ehtiyacı olan 16 min insanın yeməklə təmin edilməsinə maddi […]

Çin Türkiyə və Kipri barışığa çağırdı

Çin Türkiyə və Kipri vəziyyətin gərginləşməməsi üçün Aralıq dənizində qazma işlər məsələsində təmkinliyə və dialoqa çağırıb. Bunu brifinqdə Çin Xalq Respublikası XİN-in rəsmi nümayəndəsi Qen Şuan deyib “Biz Aralıq dənizinin şərq hissəsində baş verənləri böyük diqqətlə izləyirik. Çin Türkiyə və Kiprlə dostluq münasibətindədir. Hər iki tərəfi aradakı ziddiyyəti nizamlamaq və vəziyyətin gərginləməsinin qarşısını almaq məqsədi […]

“Bir-iki kisə un, qənd çıxarıblar, o da ki yararsız halda…”

Xəbər verildiyi kimi bu gün səhər saatlarında Sabirabad rayonunun mərkəzi bazarında güclü yanğın baş verib. Bazarın girişində yerləşən  Əmin marketin mərkəzi ofisinin anbardan başlayan yanğın əvvəlcə yaxınlıqdakı “Çıraq marke”-ə, daha sonra mağaza və piştaxtalara keçib. Hadisə şahidləri virtualaz.org-a bildiriblər ki, yanğın tezdən təxminən saat 7-də baş verdiyindən sahibkarlar gec xəbər tutublar. Buna görə də malları […]

Ali Baş Komandanın tapşırığı ilə: Müdafiə naziri hərbi hissələri yoxlayır

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən Azərbaycan Ordusunun hərbi hissələrinin döyüş qabiliyyəti, silah və hərbi texnikasının vəziyyəti, eləcə də onların döyüşə hazırolma səviyyəsi yoxlanılır. Virtualaz.org Müdafiə Nazirliyinin saytına istinadən bildirir ki, iyulun 16-da hərbi hissələrdən birində olan Müdafiə Nazirliyinin rəhbərliyi öncə burada ucaldılan ümummilli lider Heydər Əliyevin büstü önünə […]

Gömrük Komitəsi yarım ildə 415 cinayət xarakterli fakt aşkarlayıb

Cari ilin yanvar-iyun aylarında Dövlət Gömrük Komitəsi tərəfindən 415 cinayət xarakterli fakt aşkarlanıb. Komitədən verilən məlumata görə, bunlardan 206-sı narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar faktlar, 311-i qaçaqmalçılıq və digər cinayət xarakterli faktlardır.

Lerikin iki kəndi Prezidentdən kömək istədi: “İcra Hakimiyyəti israrlı xahiş və tələblərimizə məhəl qoymur”

Lerik rayonun Kekonu və Sorsçay kəndlərinin bir qrup sakini AzToday.az saytı vasitəsilə ölkə başçısına müraciət edərək yaşadıqları ərazidə hökm sürən problemlərin həlli üçün yardımçı olmasını xahiş edirlər. Prezidentin Lerikə xüsusi diqqət göstərdiyini, rayonun sosial-iqtisadi inkişafına dair fərmanlar imzaladığını məmnunluqla qeyd edən müraciət müəllifləri xüsusilə yol çəkilməsi sahəsində son illər görülən böyük miqyaslı işləri xatırladırlar: “Böyük […]

İranda qadınlar çadradan imtina edir – Yeni hərəkat

Associated Press-in müxbiri son 9 gün ərzində İranın paytaxtı Tehranda onlarla qadının otel lobbiləri, park və ticarət mərkəzlərində hicabsız dolaşdığını yazıb. Agentliyin yazdığına görə, bu hərəkət gənc qadınların geyim kodlarına itaətsizliyini nümayiş etdirir. Lakin onlar 1979-cu il İran İslam İnqilabından sonra təsis edilən əxlaq polisinin hədəfinə çevrilmə riski altındadır. Təzyiqlərdən qorxduğu üçün adını açıqlamayan 30 […]

“Bizə təzyiq etməyin, altından qalxa bilmərik…”

ABŞ İrana qarşı tətbiq edilən sanksiyalara görə Ermənistana təzyiq göstərməməlidir. Virtualaz.org xəbər verir ki, belə bəyanatla Ermənistan parlamentinin spikeri Ararat Mirzoyan Vaşinqtonda, Atlantk Şurasında çıxış edib. “Biz istəmirik ki, ABŞ İrana qarşı tətbiq edilmiş sanksiyalara görə Ermənistana təzyiq göstərsin. Ermənistan bunun altından qalxa bilməz”,-o bildirib. Mirzoyan qeyd edib ki, ABŞ-la İran arasında gərginliyin artması Ermənistan iqtisadiyyatına […]

“10 MİLYARD DOLLAR VƏSAİT OĞURLANDI, AMMA…” – “Parlamentdə müzakirə olundumu?”

Deputat, BAXCP sədri Qüdrət Həsənquliyevin şahmat həvəskarı olduğunu lap çoxdan eşitmişdim. Onu da bilirdim ki, imkan tapan kimi, həmkarı Fazil Mustafa ilə “şahmat dueli”nə çıxırlar, aralarında çox gərgin mübarizə gedir. Milli Məclis tətilə gedən ərəfədə eşitdiklərimi Qüdrət bəyə deyərək, elə şahmat taxtası arxasında aktual məsələlərlə bağlı söhbət etmək niyyətimi çatdırdım. Sağ olsun, etiraz etmədi, ofisə dəvət etdi. […]

BAKI ATATÜRK LİSEYİNDƏ NARAZILIQ – Şikayət (+Video)

Bakı Atatürk Liseyinin 2c sinif şagirdlərinin valideynləri bu liseyin rəhbərliyindən və ümumiyyətlə burdakı şəraitdən şikayət edirlər. Valideynlər adından Nərmin Abbasovanın “AzPolitika.info”-ya göndərdiyi şikayət məktubunda bildirilir ki, övladlarının təhsil aldığı 2c sinfininsinif müəlliminin liseylə müqaviləsi bitib,lakin rəhbərlik heç bir əsaslı səbəb göstərmədən müəllimlə müqaviləni uzatmaqdan imtina edir. Bu isə həm uşaqların, həm də valideynlərin narazılığına səbəb olub. Onlar bununla bağlı […]

Photo Gallery

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
İyul 2019
BE ÇA Ç CA C Ş B
« İyn   Avq »
1234567
891011121314
15161718192021
22232425262728
293031