Rusiyalı tələbələr BSU-da

Məlum olduğu kimi, Azərbaycan Respublikası Təhsil Nazirliyinin dəstəyi və Azərbaycan-Rusiya Ali Təhsil Müəssisələri Assosiasiyasının təşəbbüsü ilə iyulun 15-dən Sumqayıt Dövlət Universitetində “Odlar Yurdu Azərbaycana səyahət” Tələbə Yay Məktəbi fəaliyyətə başlayıb. Yay məktəbində Rusiya Federasiyandan Samara Dövlət Texniki Universitetinin, Ural Dövlət Dağ-Mədən Universitetinin, Rusiya Dövlət Pedaqoji Universitetinin, Şimali Qafqaz Federal Universitetinin, Kuban Dövlət Universitetinin, Dağıstan Dövlət […]

Almaniya və ABŞ həyəcan təbili çalır

Almaniya hökumətinin məlumatların qorunması məsələləri üzrə səlahiyyətli nümayəndəsi Ulrix Kelber Rusiyanın “Vireless Lab” şirkətinin yaratdığı “FaceApp” tətbiqindən istifadə etməməyi məsləhət görüb. Virtualaz.org bildirir ki, bu barədə RİA Novosti xəbər yayıb. U.Kelberin sözlərinə görə, proqramın istifadəsi istifadəçilərin şəxsi məlumatlarının arzuolunmaz şəxslərin əlinə keçməsinə səbəb ola bilər. “FaceApp”ın istifadə şərtləri sona qədər aydın deyil. Proqramın arxasında kimlərin […]

ABŞ Azərbaycana yeni hərbi attaşe təyin etdi

Müdafiə naziri general-polkovnik Zakir Həsənov iyulun 19-da ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Örl Litzenberqer ilə görüşüb. Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Müdafiə naziri Azərbaycan ilə ABŞ arasında əlaqələrin NATO proqramları çərçivəsində və ikitərəfli əsasda qurulduğunu qeyd edərək hərbi, hərbi-texniki və hərbi təhsil sahələrində əməkdaşlığın inkişafının vacibliyini diqqətə çatdırıb. Sonra tərəflər regional və […]

AZƏRBAYCANDA DƏLƏDUZ VƏKİL HƏBS OLUNUB! – 150 min manat pul “atıb”

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda ittiham olunan Məmmədvəli Cəfərovun cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb. Virtualaz.org-un xəbərinə görə, prosesdə hökm oxunub. Hökmə əsasən, M.Cəfərov 6 il müddətinə azadlıqdan məhrum edilib. O, məhkəmə zalında həbs edilib. İttihama görə, Vəkillər Kollegiyasının üzvü olan M.Cəfərov zərərçəkmiş Rəşad Yusifovun etibarından sui-istifadə edərək, ona qarşı külli miqdarda dələduzluq edib. Belə […]

Türkiyədə terrorçuların hücumu nəticəsində yüksək rütbəli hərbçi ölüb

Türkiyədə PKK terrorçuları Türk Silahlı Qüvvələrinin hərbçilərinə hücum ediblər. APA-nın yerli bürosunun xəbərinə görə, Bitlis vilayətində hərbu avtomobil atəşə tutulub. Nəticədə bir mayor şəhid olub, sürücü isə yaralanıb.

BŞİH Qarabağ komitəsinin mitinqinə razılıq verməyib

Bakı şəhər İcra Hakimiyyəti (BŞİH) Qarabağ komitəsinin iyulun 23-nə təyin etdiyi mitinqlə bağlı müraciətinə cavab verib. APA-nın məlumatına görə, BŞİH-də müraciətə baxılıb və Qarabağ komitəsinin Yasamal rayonu, İdman Sağlamlıq Kompleksinin stadionunda (keçmiş “Məhsul”) mitinq keçirməsinə razılıq verilməyib. Bununla bağlı təşkilatçılara məlumat çatdırılıb.

Dövlət Komitəsinin bir sıra səlahiyyətləri ləğv edilib

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin bir sıra səlahiyyətləri ləğv olunub. APA-nın məlumatına görə, bu barədə Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi haqqında Əsasnamənin, komitənin strukturunun təsdiq edilməsi və aparatının işçilərinin say həddinin müəyyən edilməsi barədə” fərmanına dəyişiklik edilməsi barədə fərman imzalayıb. Fərmanla “Azərbaycan Respublikasının Ailə, […]

Dolların sabaha olan məzənnəsi

Azərbaycan Mərkəzi Bankı (AMB) manatın iyulun 22-nə olan məzənnəsini açıqlayıb. 22.07.2019-cu il tarixindən etibarən Mərkəzi Bank tərəfindən ABŞ dollarının manata qarşı rəsmi məzənnəsi 1,7000 səviyyəsində müəyyən olunub.

DİM ali məktəblərə qəbul olan abituriyentlərə müraciət edib

Dövlət İmtahan Mərkəzi (DİM) ali məktəblərə qəbul olan abituriyentlərə müraciət edib. DİM-dən daxil olan müraciətdə deyilir: “Ali təhsil müəssisələrinə qəbul olunmaq üçün ixtisas seçimi iyulun 24-dən avqustun 6-dək internet vasitəsilə aparılacaq. Bu müddət ərzində müsabiqədə iştirak etmək hüququ qazanmış abituriyentlərin qarşısında öz ixtisas seçiminə bir daha nəzər salmaq, seçimini dəqiqləşdirmək və təsdiqləmək vəzifəsi durur. Çox […]

Şənbə gününə olan hava proqnozu

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, iyulun 20-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyinin güclənəcəyi gözlənilir. Havanın temperaturu Abşeron yarımadasında gecə 20-24, gündüz 30-34, Bakıda gecə 22-24, gündüz 31-33 dərəcə isti təşkil edəcək. Atmosfer təzyiqi 756 mm civə sütunundan 761 mm […]

Photo Gallery

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
İyul 2019
BE ÇA Ç CA C Ş B
« İyn   Avq »
1234567
891011121314
15161718192021
22232425262728
293031