Minni Maus obrazını səsləndirən məşhur aktrisa vəfat edib

Disney cizgi filmlərində Minni Maus obrazını səsləndirən amerikalı aktrisa Rassi Teylor 75 yaşında vəfat edib. APA-nın xəbərinə görə, bu barədə “Walt Disney” şirkəti məlumat yayıb. Məlumatda aktrisanın iyulun 26-da Kaliforniya ştatının Qleyndeyl şəhərində vəfat etdiyi bildirilir. Qeyd edək ki, R. Teylor 30 il ərzində Disneyin müxtəlif layihələrində Mikki Mausun rəfiqəsi Minni Mausu səsləndirib.

Navalnı xəstəxanaya aparıldı

Rusiyanın müxalifət lideri, “İrəliləyiş” partiyasının sədri Aleksey Navalnı xəstəxanaya yerləşdirilib. “RİA Novosti” xəbər verir ki, xüsusi xidmət orqanları tərəfindən xəstəxanaya gətirilən Navalnını ümumi terapevtik şöbəyə yerləşdiriblər. Qeyd edək ki, ötən gün Rusiya paytaxtı Moskvada keçirilən icazəsiz aksiyalarda həbs olunan Navalnıya yerli məhkəmə ictimai asayişi təkrar pozmaq ittihamı ilə 30 sutka həbs verib. Saxlama kamerasında allergiyadan […]

Gürcüstan parlamentinin sədri azərbaycanlıların qayğıları ilə tanış olub – FOTO

Gürcüstan parlamentinin sədri Arçil Talakvadze azərbaycanlıların yığcam yaşadığı Marneuli rayonuna səfər edib. “Report”un Gürcüstan bürosu xəbər verir ki, spiker Marneuli gəncləri və ziyalıları ilə görüş keçirib. Talakvadze rayonun qayğıları və yerli sakinləri narahat edən məsələlərlə tanış olub. Görüşlərdə Marneuli rayonunun icra başçısı Zaur Darğallı, parlamentin deputatları Tamaz Naveriani, Savalan Mirzəyev, Marneuli sakrebulosunun sədri Amiran Giorqadze […]

Kreml də təsdiq etdi: Putin avqustda Fransaya gedəcək

Fransa Prezidenti Emmanuel Makron ilə Rusiya Prezidenti Vladimir Putin arasında görüş olacaq. TASS bildirir ki, bu barədə Fransa Prezidenti BFM telekanalının canlı efirində jurnalistin sualını cavablandırarkən məlumat verib. Emmanuel Makron qeyd edib ki, görüş avqustun 19-da Prezidentin yay iqamətgahı olan “Fort de Bregancon”da keçiriləcək. Rusiya Prezidentinin avqust ayının ikinci yarısında Fransaya səfər edəcəyini Kremldən də […]

Avropa Kuboku: finalda Azərbaycanın iki cüdoçusu üz-üzə gəldi

Almaniyanın paytaxtı Berlin şəhərində gənc cüdoçular arasında “Avropa Açıq Kuboku” uğrunda yarış keçirilir. Virtualaz.org bildirir ki, beynəlxalq turnirdə Azərbaycan idmançıları ilə yanaşı Yaponiya, Braziliya, Monqolustan, Rusiya, İtaliya, Almaniya, Fransa, Hollandiya, Kanada, Belçika, Gürcüstan, İsrail, Macarıstan və digər ölkələrin ən güclü gənc cüdoçuları mübarizə aparırlar. Ümumilikdə, Berlin yarışında 39 ölkədən 470 cüdoqi ustası iştirak edir. Avropa […]

Azərbaycan ixracın həcmini artırır

2019-cu ilin yanvar-iyun aylarında Azərbaycandan ümumi dəyəri 9,979 milyard dollar olan məhsul ixrac edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 15,2 faiz çoxdur. Trend bildirir ki, Dövlət Gömrük Komitəsinin (DGK) hesabatında belə deyilir. Dövlət sektorunun ixracdakı payı 6,218 milyard dollar, özəl sektorda 3,728 milyard dollar olub. Hesabat dövründə Azərbaycandan ən çox neft […]

Türkmənbaşının ölüm xəbərini yayanlara cəza tələb olunur

Türkmənistanda aktyor, müğənni və bloqerlər dövlət başçısı Qurbanqulu Berdiməhəmmədovun ölüm şayiələrinə inanmamağa səsləyən videomüraciət buraxıblar. “Radio Azatlıx” bildirir ki, artistlərin sözlərinə əsasən, son zamanlar sosial şəbəkələrdə Prezidentin ölümü ilə bağlı mötəbər olmayan xəbərlər yayılıb. “Xahiş edirəm ki, bu söz-söhbətlərə inanmayın, hamısı yalandır”, – aktyor Yaqşı Qoşunov bildirib. O qeyd edib ki, Türkmənistan Prezidentinə şər atan […]

“İnterpol”un axtardığı Azərbaycan vətəndaşı Gürcüstanda saxlanıldı

Gürcüstanın Axalkalaki rayonunda Azərbaycan vətəndaşı saxlanılıb. “Report” xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyi məlumat yayıb. Saxlanılan 1989-cu il təvəllüdlü T.Q. adlı şəxs “İnterpol”un “qırmızı xətti” ilə axtarışda olub. Azərbaycan vətəndaşı qəsdən qətl törətməkdə şübhəli bilinir. O, 2015-ci ildən axtarışda olub. Saxlanılan şəxsin Azərbaycana ekstradisiya olunması istiqamətində ilkin tədbirlər həyata keçirilir.

İran komandosları Trampı və Netanyahunu belə “güllələyir”

İranın “Tasnim” agentliyi bu günlərdə xüsusi təyinatlıların təlimindən fotoreportaj yayıb. Virtualaz.org xəbər verir ki, bu təlimlərdə İran komandosları üçün hədəf qismində İsrailin baş naziri Benyamin Netanyahunun və ABŞ prezidenti Donald Trampın foto-plakatları yer alır. Agentlik bildirir ki, fotolar xüsusi təyinatlıların dəqiq atış təlimi zamanı çəkilib. Bu təlimlər zamanı xüsusi təyinatlılar istənilən situasiyada və istənilən şərtlər altında dəqiq atəş açmaq vərdişlərini mənimsəyirlər. […]

“Liverpul” Premyer Liqanın rekordçusunu alıb

“Liverpul” “Fulhem”in futbolçusu Harvi Elliottu transfer edib. Qol.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. 16 yaşlı hücumçunun keçidinin detalları açıqlamayıb. Qeyd edək ki, Elliott Premye Liqa tarixində ən gənc oyunçu sayılır. O, ötən mövsümün 37-ci turda “Fulhem”in “Vulvehempton”a 0:1 hesabı ilə uduzduğu qarşılaşmanın 88-ci dəqiqəsində meydana çıxarkən 16 yaş 30 günlüyündə […]

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

İyul 2019
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
293031