Dolların avqustun 5-nə olan məzənnəsi açıqlanıb

Azərbaycan Mərkəzi Bankı (AMB) manatın avqustun 5-nə olan məzənnəsini açıqlayıb. 05.08.2019-cu il tarixindən etibarən Mərkəzi Bank tərəfindən ABŞ dollarının manata qarşı rəsmi məzənnəsi 1,7000 səviyyəsində müəyyən olunub.

QƏRB TÜRKİYƏNİ İTİRMƏYƏ HAZIRDIRMI? – “Ərdoğan bu raketləri həm də ona görə aldı ki…”

Türklər, öncə döyüşçudürlər. 1683-cü ildə xristian Avropasını dəhşətə gətirən Osmanlı istilaçıları Vyanaya qədər gəlib çıxmışdılar. Gələk 1915-1916-cı illərdəki Gelibolu yarımadasına. Burada türklər Birinci dünya müharibəsi zamanı uğurlu əməliyyat aparmışdılar. Onlar müttəfiqlərin sahilə kütləvi desant çıxarmasının qarşısını almışdılar. Komandirlərdən biri də Türkiyə Respublikasının qurucusu Mustafa Kamal Atatürk olub. Biz Koreya müharibəsinə keçək. 1950-ci ildə bu müharibənin […]

Türkiyə vətəndaşı olan hansısa azərbaycanlı “sxodka” keçirmək istədi və…

Ukraynanın hüquq-mühafizə orqanları Donetsk və Luqansk vilayətlərindən olan kriminal avtoritetlərinin yığıncağının-“sxodkasının” qarşısını alıblar. Virtualaz.org Ukrayna KİV-lərinə istinadən xəbər verir ki, Donetsk vilayətinin Ukraynanın nəzarəti altındakı Bahmut şəhərindəki kafelərdən birində təşkil edilmiş yığıncağa xüsusi təyinatlılar basqın edib, iştirakçılar nəzarət altına alınıb. “Sxodka”nı Türkiyə vətəndaşı olan “hansısa azərbaycanlı” təşkil edibmiş. Məqsəd nüfuz bölgüsü və Starobelsk istintaq təcridxanasına […]

Neftçalada qəza: motosikletçi dünyasını dəyişdi

Neftçala rayonunda qəzaya uğrayan motosikletin sürücüsü xəstəxanada dünyasını dəyişib. Virtualaz.org-un Şirvan bürosunun məlumatına görə, rayonun Bankə qəsəbə sakini, 42 yaşlı Rəşad İslam oğlu Hüseynov idarə etdiyi “Dnepr” markalı motosikleti daş hasara çırparaq xəsarət alıb və Neftçala Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Lakin qəza nəticəsində dalağı partlayan motosikletçi xəstəxanada dünyasını dəyişib. Rəşad Hüseynov 3 azyaşlı qız atası […]

Nahid Bağırov: Turizm şirkətlərindən şikayətlərin sayı durmadan artır

Azərbaycan Turizm Assosiasiyası (AZTA) turistləri şirkət seçimində daha diqqətli olmağa cağırır. Bu barədə AZTA rəhbəri Nahid Bağırov deyib. AZTA-nın rəhbəri Nahid Bağırovun sözlərinə görə, son zamanlar Assosiasiyaya şirkətlərin keyfiyyətsiz və məsuliyyətsiz fəaliyyətləri ilə bağlı şikayətlərin sayı durmadan artır. “Hazırda sektorda idarəetmə mexanizmlərinin olmaması turistlər üçün ciddi problemlər yaradır, eləcə də sektorun imicinə ziyan vurur. Bütün […]

Son bir ildə baş verənlər: ixrac da artdı, istehsal da…

Ötən ilin iyul ayı ilə müqayisədə 2019-cu ilin iyul ayında elektrik enerjisinin istehsalı və ixracı əhəmiyyətli dərəcədə artıb. Belə ki, 2019-cu ilin iyul ayında 2,13 milyard kVts elektrik enerjisi istehsal edilib ki, bu da 2018-ci ilin iyul ayı ilə müqayisədə 50 milyon kVts və ya 2,4 % çoxdur.  Bu məlumatı virtualaz.org-a “Azərenerji” ASC-nin ictimaiyyətlə əlaqələr […]

Rusiyada hərbi hissəyə hücum cəhdi

Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) ölkə ərazisində hərbi hissəyə hücumun qarşısını alıb. Məlumatı FTX-nın Mətbuat xidməti yayıb. Hücum etməyi planlaşdıran dəstəyə Vladimir vilayətinin adı açıqlanmayan sakini, 1999-cu ildə anadan olmuş şəxs rəhbərlik edib. O, öz ətrafına topladığı şəxslərlə birlikdə hərbi hissəyə hücum edərək silah və sursat ələ keçirmək niyyətində olub. FTX dəstəyə daxi olanların kimliyi […]

İlham Əliyev Bakının bu probleminə şəxsən qarışmalı oldu

Xəbər verildiyi kimi Prezident İlham Əliyev iyulun 31-də Azərbaycan Respublikası prezidenti yanında  sosial-iqtisadi sahə ilə bağlı keçirilən müşavirədə paytaxt küçələrinin zəif işıqlandırılması ilə bağlı tənqidi fikirlər söyləyib. Dövlət başçısı bu sahədə ciddi problemlərin olmasına diqqət çəkib, xüsusilə şəhər ətrafının işıqlandırılmadan kənarda qaldığını vurğulayıb. “Bakıda küçə işıqlandırılması hələ də lazımi səviyyədə deyil. Şəhərin mərkəzi təbii ki, işıqlandırılır, ancaq bəzi yerlərdə […]

“Telefonumda onun ərəblərlə əxlaqsız videoları var, yaxşı eləyib öldürüb…”

Bakı Ağır Cinayətlər Məhkəməsində arvadını qətlə yetirməkdə ittiham olunan Masallı rayon sakini, 38 yaşlı Rövşən Dadaşovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Virtualaz.org-un xəbərinə görə, prosesdə ittiham aktı elan edilib. İttihama görə, R. Dadaşov azyaşlı uşaqlarının gözü qarşısında arvadı A. Dadaşovanı yüngül həyat tərzi keçirdiyinə görə dəmir parçası ilə qətlə yetirib. Təqsirləndirilən R.Dadaşov ona elan […]

Prezident İlham Əliyev Omanın Azərbaycanda yeni təyin olunan səfirinin etimadnaməsini qəbul edib-Fotolar

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 2-də Oman Sultanlığının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Qasim Mohammad Salim Al Salhinin etimadnaməsini qəbul edib.

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Avqust 2019
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031