“Elinanın gündəliyində “ölümümə 52 gün qalıb” yazılmışdı” – MƏHKƏMƏ

Elina Hacıyevanın ölüm işi üzrə məhkəmə davam edib. APA-nın məlumatına görə, Səbail rayon Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə bildirilib ki, iş üzrə dəvət olunan şahidlər məhkəmə iclasına gəlməyib. Prosesdə 162 saylı orta məktəbin sabiq direktoru Sevinc Abbasova ifadə verib. O bildirib ki, hadisə günü ikinci dərs bitəndən sonra tənəffüs zamanı məsələdən xəbərdar […]

Məktəbli qızları maşın vurub

Gəncədə piyadanın vurulması ilə nəticələn yol qəzası baş verib. APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Təbriz küçəsində qeydə alınıb. Şəhər sakini Cəlal Mehdiyev idarə etdiyi “Opel” markalı avtomobillə yolu keçmək istəyən 2005-ci il təvəllüdlü Nəbiyeva Sevinc Ruslan qızını vurub. S.Nəbiyeva zərbənin təsirindən yolu keçən digər piyada, 14 yaşlı Vüsalə Yusifovaya çırpılıb. Hər iki piyada […]

Güneyli fəalın həbs cəzası 8 ildən 15 ilə qaldırıldı

Güney Azərbaycan siyasi fəalı Abas Lisani barəsində 8 illik həbs hökmü 15 ilə qaldırılıb. Onun cəzası Ərdəbil Appelyasiya Məhkəməsinin oktyabrın 1-də çıxardığı qərarla artırılıb. Bu barədə məlumatı İran mənbələri yayılıb. A.Lisani ilkin instansiya məhkəməsində 8 il həbs, iki il sürgün cəzasına məhkum edilmiş və bir sıra ittihamlardan bəraət almışdı. Hazırda o, Ərdəbil həbsxanasında saxlanılır. Appelyasiya […]

VAY ZAVALLI…

Nurəddin İSMAYIL Prioritet olmasa da, son günlərin ən çox hallanan, gündəmi zəbt edən olaylarından biri etdiyi rüsvayçılıqdan dolayı istefa vermək zorunda qalan millət vəkili Rəfael Cəbrayılovun öz deputat vəsiqəsini aldığı borclar müqabilində girov qoymasıdır. Adam açıqlama verir və borclu olduğu şəxslərə mənzillər təklif etdiyini deyir. Sonrada heç nə olmamış kimi İlham Əliyev siyasi kursuna sədaqətlə […]

Yaxın günlərdə komfort temperatur şəraiti gözlənilir

Payız fəslinin ikinci ayı, oktyabr nisbətən mülayim, bəzi rayonlarda az yağışlı hava şəraiti ilə başlayıb. Bunu jurnalistlərə açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva deyib. O bildirib ki, havanın temperaturu iqlim norması daxilində tərəddüd edir. Yaxın günlərdə də komfort temperature şəraiti və əsasən mülayim külək gözlənilir ki, bu da xoş […]

Teymur Rəcəbov Dünya Kubokunun finalında qələbə qazanıb

Azərbaycan şahmatçısı Teymur Rəcəbov Rusiyanın Xantı-Mansiysk şəhərindəki Dünya Kubokunda üçüncü final görüşünü keçirib. “Report”un məlumatına görə, 32 yaşlı qrossmeyster çinli rəqibi Dinq Lirenlə bu dəfə ağ fiqurlarla qarşılaşıb. Görüş 46-cı gedişdə Rəcəbovun qələbəsi ilə bitib. Bu nəticədən sonra Azərbaycan təmsilçisi ümumi hesabı bərabərləşdirə bilib – 1.5:1.5. Finalçılar oktyabrın 3-də sonuncu görüşlərini keçirəcəklər. Həmin dueldə qalib […]

Boris Conson bu gün Brexit üzrə yeni planı təqdim edəcək

Böyük Britaniyanın baş naziri Boris Conson hakim Mühafizəkarlar partiyasının illik konfransı zamanı hökumətin Brexit üzrə yeni saziş planını açıqlayacaq. AZƏRTAC France-Presse agentliyinə istinadla xəbər verir ki, “Downing Street” Boris Consonun mühafizəkarlara yekun müraciəti zamanı “ədalətli və məntiqli kompromis” barədə ətraflı məlumat verəcəyi və elə həmin gün də öz planını Brüsselə təqdim edəcəyi barədə məlumat yayıb. […]

Türkmənistan prezidenti daxili işlər nazirini qovdu – Mulikovun rütbəsi generaldan mayora endirilib

Türkmənistan prezidenti Qurbanqulu Berdıməhəmmədov daxili işlər naziri və polis general-leytenantı İsgəndər Mulikovu hökumətin iclasında tutduğu vəzifədən azad edib və onun rütbəsini mayora qədər endirib. İsgəndər Mulikovun yerinə baş nazirin müavini Məmmədxan Çakıyev təyin olunub. Rəsmi məlumatda keçmiş nazirin işdə kobud pozuntulara yol verdiyi, vəzifə səlahiyyyətlərindən sui-istifadə etdiyi, ciddi nöqsanlar buraxdığı qeyd olunub. Bilindiyi kimi, İ. […]

“Biz bunu mənəviyyatsız hərəkət kimi qiymətləndiririk” – YAP

“Rafael Cəbrayılov deputat vəsiqəsini girov qoymaqla öz seçicilərinin etimadını tapdalayıb”. APA-nın xəbərinə görə, bunu Yeni Azərbaycan Partiyasının (YAP) mətbuat katibi, Mərkəzi Seçki Komissiyasının (MSK) üzvü Hüseyn Paşayev deyib. “Biz bu hərəkəti nəinki hüquqa zidd, hətta mənəviyyatsız hərəkət kimi qiymətləndiririk. Rafael Cəbrayılovun əməlləri özünün və mətbuatın vasitəsilə də təsdiq olunub”, – deyə H. Paşayev qeyd edib.

Rusiya MN S-500-lərin Suriyada sınaqdan keçirilməsi xəbərini təkzib edib

Rusiya Müdafiə Nazirliyi Suriyada S-500 zenit-raket sistemlərinin sınaqdan keçirilməsi ilə bağlı xəbərləri təkzib edib. APA-nın TASS-a istinadın verdiyi xəbərə görə, Rusiya Müdafiə Nazirliyindən bildirilib ki, bu sistemlərin çətin iqlim şəraitində sınaqdan keçirilməsi üçün Həştərxan vilayətində yerləşən Aşuluk poliqonundan da istifadə etmək olar, bu sistemlərinin sınağının Suriyada keçirilməsinə ehtiyac yoxdur: “S-500 uzunmənzilli ballistik və aerodinamik hədəflər […]

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Oktyabr 2019
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
28293031