Azərbaycanın Kənd Təsərrüfatı naziri Fransada səfərdədir

Fransanın Cournon-d’Auvergne şəhərində Sommet d’Elevage Beynəlxalq Heyvandarlıq Sərgisinin açılışı olub. “Report”un Fransa bürosunun məlumatına görə, Clermont-Ferrand şəhərinin meriyasının təşkilatçılığı ilə keçirilən tədbirdə Azərbaycanı Kənd Təsərrüfatı naziri İnam Kərimovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir. Ümumilikdə, sərgiyə 38 ölkədən 35 qonaq və 95 min iştirakçı qatılıb. Tədbirdə 70 növ olmaqla 2000 mal-qara nümayiş olunacaq. Hər il […]

Türkiyənin 6 nüvə aliminin qətlinin sifarişçisi kimdir? – Şok DOSYE

2 il bundan əvvəl Türkiyənin nüvə texnologiyası üzrə altı ən yaxşı mütəxəssisi təyyarə qəzasında ölüb. 2007-ci ildə İspartada baş verən təyyarə qəzası və türk enerji mütəxəssislərinin ölümü indiyədək müəmmalı qalır və türk cəmiyyəti bu olaya şübhə ilə yanaşır. Teleqraf.com-a istinadən bu hadisə ilə bağlı məqaləni təqdim edirik: 2007-ci ilin oktyabrın 30-da İstanbuldan İspartaya uçan təyyarə saat […]

“Dağlıq Qarabağın Ermənistanın olması bəyanatı səslənib…” – Lavrov

“Son zamanlar qoşunların təmas xəttində vəziyyət olduqca sakitdir, insidentlər azdır. Baş verən insidentlər də böyük deyil. Həlak olanların meyitlərinin dəyişdirilməsi baş verib”. APA-nın Rusiya bürosunun xəbərinə görə, bunu Soçidə keçirilən Valday müzakirə klubunun iclasında Rusiya Xarici İşlər naziri Sergey Lavrov Dağlıq Qarabağ münaqişəsindən danışarkən deyib. Rusiya XİN başçısı əsirlərin dəyişdirilməsinə hazırlıq getdiyini vurğulayıb. “Dağlıq Qarabağ […]

Rafael Cəbrayılovun deputatlığı ləğv edildi – QƏRAR

Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib. APA-nın xəbərinə görə, MSK sədri Məzahir  Pənahovun sədrliyi ilə keçirilən  iclasda V çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı Rafael Cəbrayılovun səlahiyyətlərinə xitam verilməsi məsələsinə baxılıb. İclasda qeyd edilib ki, Rafael Cəbrayılovun mandatından imtina etməklə bağlı parlamentə müraciət etməsi ilə əlaqədar Milli Məclis onun deputat səlahiyyətlərinə xitam […]

Neft yenidən bahalaşmağa başlayıb

Neftin nüfuzlu markaları Asiya birjalarındakı hərraclarda dünya bazarındakı tələbatın azalması ilə bağlı ucuzlaşdığı dalbadal altı sessiyadan sonra bahalaşıb. “Report” “İnterfax”a istinadən xəbər verir ki, Londonun “İCE Futures” birjasında ötən gün 0,36 dollar ucuzlaşaraq 58,89 dollara müştəri tapan “Brent” markalı neftin bir bareli bu günkü hərrac zamanı 0,53 dollar bahalaşaraq 59,42 dollara satılıb. NYMEX birjasında “WTI” […]

“Ağyoxuş” və “Tülallar” sahələrinin qızıl ehtiyatları müəyyənləşib

“AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) yeni yataqların kəşfiyyatı və istehsalat sahələrinin genişləndirilməsi istiqamətində apardığı geoloji tədqiqat işləri nəticələrini verməkdədir. QSC-dən “Report”a verilən məlumata görə, 2018-ci ildə QSC-nin geoloqları tərəfindən hazırda fəaliyyət göstərən “Çovdar” qızıl mədəninin yaxınlığında aşkar edilmiş qızıl təzahürlü “Ağyoxuş” sahəsi, həmçinin Göygöl rayonunun cənubunda yerləşən “Tülallar” kəşfiyyat sahəsinin resurslarının ilkin hesablanması və səmərəliliyinin […]

Taleh Bağırzadənin həyat yoldaşı barədə cinayət işinə xitam verilib

“Müsəlman Birliyi” Hərəkatının həbsdə olan sədri Taleh Bağırovun həyat yoldaşı Leyla İsmayılzadə haqqında cinayət işinə xitam verilib. “Report”un xəbərinə görə, bu barədə vəkil Fəxrəddin Mehdiyev məlumat verib. Qeyd edək ki, cinayət işi Qobustan həbsxanasına – Taleh Bağırovun yanına telefon keçirmək cəhdi ilə bağlı idi. Penitensiar Xidmət martın 21-də yaydığı məlumatda bildirilirdi ki, Leyla İsmayılzadə üç azyaşlı övladı ilə birlikdə […]

Mədəniyyət Nazirliyindən etiraz – “Müşfiqin büstü o formada götürülməməli idi”

Mədəniyyət Nazirliyi Bakı şəhəri, Qaradağ rayonunun Müşfiqabad qəsəbəsində Mikayıl Müşfiqin xatirəsinə ucaldılmış büstün aşırdılmasına münasibət bildirib. Nazirliyin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri İntiqam Hümbətov “Report”un sorğusuna cavab olaraq bildirib ki, Mikayıl Müşfiqin abidəsinin aşırdılmasını əks etdirən videogörüntü və bununla bağlı yayılan məlumatlardan xəbərdardırlar: “Qaradağ rayonunun Müşfiqabad qəsəbəsində mədəniyyət və istirahət parkında ucaldılan büstlə bağlı […]

Mərkəzi Bankın sədri bu dəfə kimi aldadır?

Ölkənin maliyyə-bank sistemində təlatümlərin, devalvasiyaların və digər neqativ proseslərin yaşanmasının əsas baiskarları sırasında sözsüz ki, Mərkəzi Bank və onun rəhbərliyi də var. Təkcə birbaşa Mərkəzi Bank və onun sədri Elman Rüstəmovun gözü qarşısında Azərbaycan Beynəlxalq Bankından milyardların talanması Elman Rüstəmovun “iş qabiliyyətinin” bariz nümunəsi oldu. Hələ devalvasiyadan ikicə gün gün əvvəl manatın möhkəmliyi, sabitliyi barədə nağıllar […]

Oktyabrın 2-si gürcülərin soyqırımı günü elan oluna bilər

Gürcüstanın Leyboristlər Partiyasının lideri Şalva Natelaşvili oktyabrın 2-nin gürcülərin soyqırımı günü kimi qeyd olunmasını tələb edir. “Report”un Gürcüstan bürosu xəbər verir ki, partiya qanun layihəsini artıq ölkə parlamentinə təqdim edib. Ş.Natelaşvili bildirib ki, 1992-ci ilin oktyabrında Qaqra şəhərində gürcülərə qarşı görünməmiş soyqırımı törədilib: “Hətta şəhər stadionunda gürcülərin kəsilmiş başları ilə futbol oynanılıb. Ümid edirəm ki, […]

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Oktyabr 2019
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
28293031