Sən oyna, “Qarabağ”

Azərbaycanın ən gözəl şəhərlərini, rayonlarını, kəndlərini işğal etmiş Ermənistanın prezidenti Nikol Paşinyan gah Qarabağda yallı gedir, gah da Rusiya, İran rəhbərləri ilə görüşdə 32 dişini də göstərərək, bizə acıq verir. Siyasət axmaq oyundur, siyasətçilər də dünyanın ən qeyri-səmimi insanları. Amma sən oyna, “Qarabağ”, siyasətdən də, Qarabağsızlıqdan da bezmiş insanlar üçün oyna. Bizim uşaqlıq illərimizdə hər […]

Bir qrup təhsil işçisinə “Tərəqqi” medalı verilib – SƏRƏNCAM

Prezident İlham Əliyev Azərbaycan Respublikasının təhsil işçilərinin “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. “Cümhuriyyət” xəbər verir ki, sərəncama əsasən, Azərbaycan təhsilinin inkişafında xidmətlərinə görə aşağıdakı təhsil işçiləri “Tərəqqi” medalı ilə təltif ediliblər: Abbasov Abbas İmran oğlu Abbasova Dilarə Şaban qızı Abdullayeva Kəlmət Abdulla qızı Ağayev Sərxan Şaxyəddin oğlu Babayev Fuad Polad oğlu Baxşəliyev […]

“Alışanovdan 70 milyonu niyə soruşmursunuz?!” – Zakir Qaralova müraciət

“Hörmətli Zakir müəllim, sosial şəbəkələrdə sizin məlum ailə-məişət zorakılığı qalmaqalı, artıq keçmiş deputat Rəfail Cəbrayılovun dələduzluğu barədə çıxışınızı gördüm. Ümid edirdim ki, nəhayət, AzTV-nin keçmiş sədri Arif Alışanovun əməlləri barədə, onlara hüquqi qiymət veriləcəyindən də danışacaqsız. Sizə ünvanladığımın çoxsaylı müraciətlərin cavabsız qalmasına rəğmən, ədalətin geri gələcəyinə ümidim tam öləziməmişdi. İndi də var! Əminəm ki, haqq-ədalət […]

Milli Məclisin sabiq komissiya sədri vəfat edib

Milli Məclisin Elm, təhsil və mədəniyyət komitəsinin sabiq sədri Rauf İsmayılov vəfat edib. APA-nın xəbərinə görə, sabiq deputat dünən dünyasını dəyişib. Bu gün Təzəpir məscidində keçirilən vida mərasimindən sonra R. İsmayılov torpağa tapşırılıb. Sabah “Təzəpir” məscidində mərhumun 3 mərasimi keçiriləcək. Qeyd edək ki, R.İsmayılov 1990-1995-ci illərdə Milli Məclisin deputatı və Elm, təhsil və mədəniyyət komissiyasının […]

Milli Şuranın piket keçirməsinə razılıq verilib

Bakı Şəhəri İcra Hakimiyyəti (BŞİH) Milli Şuranın oktyabrın 8-nə təyin etdiyi piketlə bağlı müraciətinə cavab verib. APA-nın məlumatına görə, müraciətə baxılaraq oktyabrın 8-i saat 15:00-dan 16:00-dək BŞİH-in inzibati binası ilə Azərbaycan Dövlət İqtisad Universiteti arasında yerləşən ərazidə piketin keçirilməsinə razılıq verilib. Bununla bağlı təşkilatçılar məlumatlandırılıb.

Dollar neçəyə olacaq?

Azərbaycan Mərkəzi Bankı (AMB) dolların oktyabrın 4-nə olan məzənnəsini açıqlayıb. “Cümhuriyyət” məlumat verir ki, 04.10.2019-cu il tarixindən etibarən Mərkəzi Bank tərəfindən ABŞ dollarının manata qarşı rəsmi məzənnəsi 1,7000 səviyyəsində müəyyən olunub.

“Britaniya müharibə vəziyyətindədir” – General Karter

Rusiya və digər dövlətlərin kiberhücumları səbəbilə, Böyük Britaniya daim müharibə vəziyyətində yaşamalı olur. Bu barədə Müdafiə Qərargahının rəisi, general Nikolas Karter bəyan edib («Daily Telegraph»). «Hamısı ona görədir ki, böyük güclərin rəqabəti və qeyri-hökumət strukturları ilə ideyaların mübarizəsi bizi hər gün təhdid edir» – deyə, Karter bildirib və əlavə edib ki, əsas təhlükə Rusiya və Çin ərazilərindən […]

AMEA-da Mətbuat və informasiya idarəsi ləğv olunur

Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) struktur dəyişikliyi aparılır. Moderator.az-a daxil olan məlumata görə, yaxınlarda AMEA-nın Mətbuat və informasiya idarəsi ləğv olunacaq və akademiyada ixtisarlar olacaq. Məlumatda bildirilir ki, akademiyanın Mətbuat və informasiya idarəsinin ləğv olunacağını əməkdaşlara Kadrlar və hüquqi təminat şöbəsinin müdiri Rzaqulu Hacıyev deyib. Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin bu ilin yanvarında imzaladığı […]

“Azərbaycanla münasibətlər uğurla inkişaf edir” – Putin

“Rusiya ilə Azərbaycan arasındakı münasibətlər uğurla inkişaf edir”. “Report” Kremlin saytına istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Soçi şəhərində Azərbaycan Prezidenti İlham Əliyevlə görüş zamanı deyib. “Ticari-iqtisadi əlaqələr möhkəmlənir, ticarət dövriyyəsi ötən il 2,5 milyard dollar təşkil edib… Öz adımızdan bütün bu konkret layihələrin həyata keçirilməsini təmin etmək üçün əlimizdən gələni edirik. Hökumətlərarası […]

SOCAR: Daxili bazarda karbamidi idxal qiymətindən daha aşağı qiymətə təqdim edirik

“Həm daxili, həm də xarici bazarlarda karbamidin satış qiymətini bazar müəyyənləşdirir. Biz bu məhsulu prinsip etibarı ilə bütün ölkələrdə eyni şərtlərlə, yəni məhz bazarın və azad rəqabətin müəyyən etdiyi şərtlərlə təqdim edirik”. Bunu “Report”a açıqlamasında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov bildirib. Onun sözlərinə görə, SOCAR daxili bazarda […]

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Oktyabr 2019
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
28293031