İctimai asayişin pozulması ilə müşayiət olunan küçə yürüşünə cəhdin qarşısı alınıb

Bakı şəhər Baş Polis İdarəsi (BŞPİ) Milli Şuranın keçirdiyi piketlə bağlı məlumat yayıb.  “Cümhuriyyət”ə verilən məlumatda bildirilir ki, özünü Demokratik Qüvvələrin Milli Şurası adlandıran qurum və Azərbaycan Xalq Cəbhəsi Partiyası 50 nəfərin iştirakı ilə piket keçirmək barədə Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edib. Müraciətə baxılaraq, toplantının təşkilatçıları, tədbirin oktyabrın 8-i saat 15.00-dan 16.00-dək Bakı Şəhər […]

AzTV-də kadr islahatları davam edir

“Azərbaycan Televiziya və Radio Verilişləri” (AzTV) Qapalı Səhmdar Cəmiyyətinin (QSC) sədri Rövşən Məmmədov tərəfindən kadr islahatları davam etdirilir. APA-nın məlumatına görə, QSC-nin Baş prodüseri Hikmət Yaqubov tutduğu vəzifədən azad olunaraq “Mədəniyyət” kanalının direktor müavini təyin olunub. Kanalın Bədii rəhbərinin müavini Nazilə Babayeva isə QSC-nin Baş prodüseri vəzifəsinə təyinat alıb. Əməkdar incəsənət xadimi Ülviyyə Kərimova QSC-yə […]

Azərbaycanla Aİ arasında məsləhətləşmələr keçiriləcək

Oktyabrın 11-də Azərbaycana Avropa İttifaqının (Aİ) yüksək səviyyəli nümayəndə heyəti gələcək. Avropa Komissiyasının qonşuluq və genişlənmə müzakirələri üzrə baş direktorluğunun regional proqramlar bölməsinin rəhbəri Vasilis Maraqosun başçılığı ilə nümayəndə heyəti Bakıda “Şərq Tərəfdaşlığı” proqramının gələcəyinə dair struktur məsləhətləşmələrində iştirak edəcək. Aİ-nin Azərbaycandakı nümayəndəliyi ilə Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin birgə təşkilatçılığı ilə keçiriləcək tədbirdə rəsmi şəxslər, […]

Azərbaycanda aktyor vəfat edib

Səməd Vurğun adına Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının aktyoru Aleksey Saprıkin vəfat edib. APA-nın xəbərinə görə, bu barədə teatrın “Facebook” səhifəsində bildirilib. Qeyd edək ki, A. Saprıkin 1955-ci ildə Bakıda anadan olub. 1991-ci ildən Bakı Kamera Teatrında, 2002-2008-ci illərdə – Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında aktyor kimi çalışıb. 2008-ci ildən Səməd Vurğun adına Azərbaycan […]

“Hər şey artıq deyilib…” – Novruz Məmmədov danışdı

“Hazırda heç bir mətbuat orqanına müsahibə vermək fikrində deyiləm. Hər şey artıq deyilib”. Bunu Modern.az-a qısa açıqlamasında sabiq Baş Nazir Novruz Məmmədov istefaya göndərilməsi məsələsinə münasibət bildirərkən deyib. O, qeyd edib ki, əlavə nəsə danışması doğru deyil: “Bu gün Milli Məclisdə Baş Nazir məsələsi ətrafında daha ətraflı danışıldı. Milli Məclis üzvləri fikirlərini bildirdilər. Mənim əlavə nəsə danışmağım doğru […]

Azərbaycanda YENİ SEÇKİ MƏNTƏQƏLƏRİ yaradılacaq

Azərbaycanda yeni seçki məntəqələri yaradılacaq. APA-nın xəbərinə görə, bu barədə Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında bildirilib. MSK-nın katibi Arifə Muxtarova bildirib ki, Komissiyanın qərarı ilə seçicilər üçün maksimum əlverişli şərait yaradılmasının zəruriliyi, yerli və digər şərait nəzərə alınmaqla, 14 saylı Xəzər və 28 saylı Sabunçu üçüncü seçki dairələrinin dislokasiyaları daxilində qanunvericiliyin tələblərinə uyğun […]

Cənubi Koreya vətəndaşlarının adı “arzuolunmaz şəxslər” siyahısından çıxarılıb

Cənubi Koreya Respublikasının vətəndaşları – Ji Sun Kim, Lee Soo Jeong və Mun Kyeong Won Xarici İşlər Nazirliyinə məktubla müraciət edərək adlarının “Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinə qanunsuz səfər etmiş xarici ölkə vətəndaşlarının siyahısı”ndan çıxarılmasını xahiş ediblər. Bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib. Məktublarında Ji Sun Kim, Lee Soo Jeong və Mun […]

Vahid Əhmədovun yeni Baş Nazirdən 3 xahişi…

“Əli Əsədovu uzun illərdir tanıyırıq. İyirmi ildən çoxdur ki, Prezident Administrasiyasında çalışır. Ulu öndər Heydər Əliyevin, Prezident İlham Əliyevin köməkçisi vəzifəsində işləyib. Fikrimcə, Azərbaycanda iqtisadi islahatların həyata keçirilməsində Əli Əsədovun müəyyən xidmətləri var. Azərbaycanda gedən iqtisadi prosesləri bilən şəxsdir və iqtisadçı kimi tanınır. Hesab edirəm ki, Əli müəllim Azərbaycan prezidenti tərəfindən bu posta təyin edilən […]

“Türkiyə kürd dövlətinin olmasına etiraz etmir” – “ABŞ arxadan kürdlərə dəstək verərsə…”

“AzPolitika.info”-nun Türkiyənin “Suriya Demokratik Qüvvələrinə”(SDG) qarşı Fərat çayının şərqində keçirəcəyi hərbi əməliyyat, bununla bağlı Ankara ilə Vaşinqton arasında aparılan danışıqlar mövzusunda suallarını Türkiyədə yaşayan siyasi ekspert, professor Toğru İsmayıl cavablandırıb. Müsahibəni təqdim edirik: – Toğrul bəy, Türkiyənin Fərat çayının şərq sahillərində əməliyyata başlaması an məsələsidir. Bu əməliyyat hansı nəticələri doğura bilər? – Türkiyənin ilk gündən söylədiyi bir […]

Xəzərdə 4 balıqçı itkin düşdü

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, oktybarın 8-də gecə saatlarında, Bakı şəhərinin Pirallahı rayonundan, balıq tutmaq məqsədi ilə 4 balıqçı dənizə çıxmış və təyin olunan vaxtda geri qayıtmayıblar. FHN-dən “Cümhuriyyət”ə verilən məlumata görə, axtarışlara Fövqəladə Hallar Nazirliyinin Aviasiya Dəstəsinin bir helikopteri cəlb olunub, aidiyyəti qurumlar məlumatlandırılıb. Əlavə məlumat veriləcək.

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Oktyabr 2019
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
28293031