Bərdədə içərisində insan skeleti olan küp tapılıb

Bərdədə içərisində insan skeleti olan küp tapılıb. “Report” xəbər verir ki, hadisə rayonun Şirvanlı kəndində qeydə alınıb. Həmin kənddə yaşayan Rizvan Qarayev evinin həyətində quyu qazan zaman dərinliyi 3 metr, diametri isə 150 santimetr olan küp tapıb. Küpə baxış zamanı insan skeleti aşkar edilib.

“Danışıqlar əbədi davam edə bilməz” – Elmar Məmmədyarov

“Hesab edirəm ki, Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən layihələr bölgənin iqtisadi təhlükəsizliyinin möhkəmləndirilməsinə xidmət edir və bu sahədə investisiya layihələri üçün yaxşı imkanlar var”. “Report” xəbər verir ki, bunu Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov MDB Xarici İşlər Nazirləri Şurasının Türkmənistan paytaxtı Aşqabadda keçirilən dar tərkibli iclasında çıxışı zamanı bildirib. “Lakin qeyd etmək lazımdır ki, […]

Joze Mourinyo komanda seçimini edib

Tanınmış portuqaliyalı məşqçi Joze Mourinyo gələcək karyerası ilə bağlı seçim edib. APA-nın məlumatına görə, bunu Fransanın “Lion” klubunun prezidenti Jan-Mişel Olyas açıqlayıb. O, J.Mourinyonun Liqa1 klubunun baş məşqçisi olmaqdan imtina etməsinə şərh verib: “Biz onunla mesajlaşdıq. Söhbətimiz çox xoş keçdi. Amma bizim təklifimizi qəbul etmədi. Çünki özünün yeni klubunu müəyyənləşdirib”. Silvinyonu istefaya göndərən “Lion” onun […]

MTRŞ sədri TV rəhbərləri ilə görüşdü və …

Milli Televiziya və Radio Şurasında (MTRŞ) Azərbaycanın ümumölkə televiziya və radio kanallarının rəhbərləri ilə görüş keçirilib. MTRŞ-dan “Cümhuriyyət”ə verilən məlumata görə, görüşdə Azərbaycanın televiziya və radio yayımındakı mövcud durum və bu sahədə olan problemlər, onlardan çıxış yolları qarşılıqlı diskussiya şəraitində müzakirə olunub. MTRŞ sədri Nuşirəvan Məhərrəmov kanallarda yayımlanan bəzi proqramların ictimaiyyətdə yaratdığı neqativ münasibətdən, qanunvericiliyin […]

Sabah dollar neçəyə olacaq?

Azərbaycan Mərkəzi Bankı (AMB) dolların oktyabrın 11-nə olan məzənnəsini açıqlayıb. “Cümhuriyyət” xəbər verir ki, 11.10.2019-cu il tarixindən etibarən Mərkəzi Bank tərəfindən ABŞ dollarının manata qarşı rəsmi məzənnəsi 1,7000 səviyyəsində müəyyən olunub.  

“AXCP üzvlərinin piketə görə tutulması barədə məlumatlar yalandır” – RƏSMİ

“AXCP üzvlərinin – Elxan Əliyev və Zamin Salayevin piket iştirakçısı kimi saxlanılaraq, 15 sutka həbs edilməsi ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir”. Bu barədə “Cümhuriyyət“ə Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) Mətbuat xidmətindən bildirilib. Məlumata görə, onlar piketdən əvvəl törətdikləri əməllərinə görə saxlanılıb: “Oktyabrın 8-də saat 01:50 radələrində Nərimanov rayonunda taksi kimi fəaliyyət göstərən […]

“Paşinyanın cavabı hərbi əməliyyatlarla verilməlidir”

“Azərbaycan hakimiyyəti Türkiyədən dərs almalıdır. ABŞ, Rusiya, Qərb ölkələri, İraq, İran və s. dövlətlərin iradəsinin ziddinə Türkiyə ordusu Şimali Suriyada hərbi əməliyyatlara başladı. Üstəlik, həmin ərazilər Türkiyənin də deyil. Amma Şimali Suriyada kürd separatçılarının yürütdüyü siyasət Türkiyənin milli maraqlarını, torpaq bütünlüyünü təhdid etdiyi gərəkçəsiylə ölkənin prezidenti “Sülh bulağı” əməliyyatına başladığını elan etdi və Türk ordusu […]

Bu yol təmir olunur – DİQQƏT

Bu gün Neftçilər prospektində yol ayrıcında yerləşdirilmiş beton maneələrin kənarlaşdırılması, kənarlaşdırılan hissədə asfalt-beton örtüyünün bərpası işləri aparılır. Bu barədə “Cümhuriyyət”ə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, bu səbəbdən sürücülərdən sözügedən küçələrdə hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

“Avakova heç nə borclu deyiləm…” – Zelenski daxili işlər nazirinə vaxt verib

Ukrayna prezidenti Vladimir Zelenski hökumət üzvlərini hədələyib və işinin öhdəsindən gələ bilməyənləri vəzifəsindən azad edəcəyini bildirib. “AzPolitika.info” Ukrayna mətbuatına istinadla xəbər verir ki, Zelenski bu barədə press-marafon zamanı jurnalistlərin suallarını cavablandırarkən deyib. Ukrayna prezidenti daxili işlər naziri Arsen Avakovla bağlı suala cavab verərkən qeyd edib ki, gələn ilin əvvəlindən Ukraynanın yeni DİN rəhbəri ola bilər: “Mən ona […]

Türkiyə ərazisinə Suriyadan atəş açılıb – Yaralananlar var

Türkiyənin Şanlıurfa əyalətinin Akçakale rayonuna Suriyanın terrorçu PKK/YPG-PYD qruplaşmasının işğalı altında olan ərazisindən 2 top mərmisi atılıb. “Report” “CNNTürk”ə istinadən xəbər verir ki, hadisə nəticəsində bir neçə nəfər yaralanıb. Terrorçuların atdığı mərmilər rayon mərkəzinə düşüb. Yaralanlar xəstəxanaya yerləşdirilib.

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Oktyabr 2019
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
28293031