SOCAR prezidenti Əfqanıstanın Ticarət və Sənaye naziri ilə görüşüb

Bu gün Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev Əfqanıstan İslam Respublikasının Ticarət və Sənaye naziri Acmal Əhmədinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Bu barədə SOCAR məlumat yayıb Məlumata görə, görüşdə Azərbaycan-Əfqanıstan iqtisadi əlaqələrinin inkişafında neft-qaz sahəsində münasibətlərin roluna toxunulmuş, son illərdə Azərbaycanda istehsal olunan neft məhsullarının Əfqanıstanın yanacaq bazarında mühüm yer tutduğu vurğulanıb. Əfqanıstan […]

İstirahət günlərinin HAVASI: qar yağacaq – PROQNOZ

İstirahət günlərində gözlənilən hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən “Cümhuriyyət”ə verilən məlumata görə, Böyük və Kiçik Qafqazda şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın intensiv olacağı, yüksək dağlıq ərazilərdə sulu qar yağacağı ehtimalı var. Oktyabrın 13-də hava əsasən yağmursuz keçəcək. Qərb küləyi oktyabrın 12-də bəzi yerlərdə arabir güclü […]

Polis dənizdə icazəsiz balıq ovu edənlərə xəbərdarlıq edib

“Dənizə balıq ovuna çıxan insanlara möhürlü icazəni Dövlət Sərhəd Xidməti verir”. “Report” xəbər verir ki, bunu Daxili İşlər Nazirliyi Su Nəqliyyatında Polis İdarəsinin Brakonyerliyə qarşı mübarizə və balıq ehtiyatlarının mühafizəsi bölməsinin rəisi Elmir Süleymanov deyib. “Balıqçılar var ki, həmin möhürə məhəl qoymadan, kiminsə gözündən yayınaraq dənizə gedir. Həmin balıqçılara səslənirik ki, belə hallara yol verməsinlər. […]

Dollar sabah neçəyə olacaq?

Azərbaycan Mərkəzi Bankı (AMB) dolların oktyabrın 14-nə olan məzənnəsini açıqlayıb. 14.10.2019-cu il tarixindən etibarən Mərkəzi Bank tərəfindən ABŞ dollarının manata qarşı rəsmi məzənnəsi 1,7000 səviyyəsində müəyyən olunub.

Tələbə qızın ölümü ilə nəticələnən yol qəzasını sabiq polisin törətdiyi müəyyənləşib

Bakıda polis əməkdaşı idarə etdiyi avtomobillə tələbəni vurub. APA-nın məlumatına görə, hadisə oktyabrın 9-da 07:50 radələrində Bakı-Şamaxı-Yevlax yolunun Abşeron rayonundan keçən 21-ci kmdə baş verib. “BMW” markalı 90 DH 530 qeydiyyat nişanlı avtomobil piyada Solmaz Abdullayevanı vurub. Piyada aldığı xəsarətlərdən ölüb. Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovnik-leytenantı Rüfət Quliyev APA-ya hadisəni təsdiqləyib. […]

Həmyerlimiz Almaniya Radiologiya Cəmiyyətinin xüsusi təqaüdünə layiq görülüb

Xeyli müddətdir Almaniyada yaşayıb çalışan həmyerlimiz, Köln Universiteti Klinikasının aparıcı əməkdaşı, Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, tibb elmləri doktoru Nuran Abdullayev növbəti elmi uğura imza atıb. Oktyabrın 9-da Almaniya və Avstriya Neyroradiologiya Cəmiyyətlərinin Frankfurt şəhərində Avropanın növbəti ən böyük və nüfuzlu Neyroradioloji Kongresi öz işinə başlayıb. 4 gün davam edəcək bu konqresdə dünyanın neyroradiologiya […]

Rusiya XİN Türkiyə ordusunun Suriyanın şimalında apardığı hərbi əməliyyatlarla bağlı bəyanat yayıb

Rusiya Xarici işlər Nazirliyi (XİN) Türkiyə ordusunun Suriyanın şimalında apardığı hərbi əməliyyatlarla bağlı bəyanat yayıb. Bəyanatda bildirilib ki, son günlər Türkiyə ordusunun Suriyanın şimalında apardığı hərbi əməliyyatlar ciddi narahatlıq doğurur. Rusiya XİN bütün tərəfləri maksimal dərəcədə səbrli olmağa, atılacaq addımları dəqiqləşdirməyə, Suriyanın suverenliyinə və ərazi bütövlüyünə hörmət etməyə çağırıb. “Türkiyənin təhlükəsizliyini təmin etmək üçün terrorçularla mübarizəsinin […]

“Yemək üçün balıq tapılmır”- Nazirlik

“Azərbaycan xalqı balıqsevən xalq olsa da, süfrələrdə yemək üçün balıq tapılmır”. APA-nın məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyində (ETSN) keçirilən tədbirdə nazirliyin Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin direktoru Hikmət Əlizadə deyib. Departament direktorunun sözlərinə görə, Azərbaycanda il ərzində adambaşına düşən balıq məhsullarından istifadə çəkisi 3-4 kq təşkil […]

İcma rəhbəri: Ermənistanla münaqişə bütün platformalarda – hərbi, diplomatik və sosial media üzərindən davam edir

Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması ilə Azərbaycan Gənclər Fondunun Dağlıq Qarabağ bölgəsindən olan gənclərlə görüşü keçirildi. Görüşdə Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının rəhbəri Tural Gəncəliyev icmanın fəaliyyəti, həyata keçirdiyi layihələr haqqında iştirakçılara ətraflı məlumat verdi. İcma sədri bildirdi ki, bu gün Ermənistanla münaqişə bütün platformalarda, hərbi, diplomatik və sosial media üzərindən davam edir. […]

Nazir müavini: “Müəyyən şəxslər vaxtından əvvəl pensiya ala bilərlər”

“İslahatları çərçivəsində müəyyən şəxslər təqaüd yaşı tamam olmadan pensiya ala bilərlər”. Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Kərimov DOST Agentliyində keçirilən mətbuat konfransında bildirib. A.Kərimov deyib ki, əmək pensiyası ilə təmin olunan 1 milyon 350 min nəfərdən 40 faizi əlilliyə və ailə başçısını itirdiyinə görə pensiya alır: “Pensiya islahatları çərçivəsində müəyyən şəxslər […]

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Oktyabr 2019
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
28293031